Cəlilabadda körpü yenidən qəzalı vəziyyətə düşüb, üç kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib
Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Cəlilabad rayonunun Vənlik kəndində yerləşən körpü yağıntılardan sonra yenidən qəzalı vəziyyətə düşüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə kənd sakinləri bildiriblər.
Onların sözlərinə görə, ötən il güclü yağışlar nəticəsində ciddi zədələnən körpü müvəqqəti bərpa olunub. Lakin ötən gecə yağan intensiv yağışlar və sel suları körpünü yenidən yararsız vəziyyətə salıb. Hazırda körpüdən istifadə imkansız olub.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 46 saylı Yol İstismar Məhdud Məsuliyyətli Cəmiyyətindən bildirilib ki, körpüdə müvəqqəti təmir işlərinə başlanılıb. Yaxın vaxtlarda körpünün yenidən qurulması nəzərdə tutulur.
Qeyd edək ki, bu, Cəlilabadın Vənlik, Oğrubulaq və Fətullaqışlaq kənd sakinlərinin rayon mərkəzinə getmələri üçün istifadə etdikləri yeganə körpüdür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 19 Yanvar 2026 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















