ABŞ Yaxın Şərqdə neft hasilatının 2027 ci ilədək artacağını gözləyir
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yaxın Şərqdə neft hasilatının qarşıdakı aylarda artacağı, lakin 2027-ci ilin ikinci rübünədək münaqişədən əvvəlki səviyyəyə çatmayacağı gözlənilir.
APA xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiyası Administrasiyasının (EIA) 2026-cı ilin sentyabr ayı üzrə qısamüddətli proqnozunda bildirilib.
Hesabata əsasən, hasilatın artmasına Hörmüz boğazı vasitəsilə neft ixracının tədricən bərpası və region ölkələrinin alternativ ixrac marşrutlarından istifadə etməsi şərait yaradacaq.
“Yaxın aylarda Hörmüz boğazından ixracın tədricən artması və regiondan alternativ marşrutların istifadəsi hesabına Yaxın Şərqdə neft hasilatının yüksələcəyini gözləyirik”, – sənəddə qeyd olunub.
Bununla belə, EIA Yaxın Şərqdən neft ixracına tətbiq olunan bəzi məhdudiyyətlərin ilin sonunadək qüvvədə qalacağını proqnozlaşdırır.
Bu səbəbdən regionda neft hasilatının 2027-ci ilin ikinci rübünədək münaqişə başlamazdan əvvəlki orta göstəricidən aşağı qalacağı gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 09 Sentyabr 2026 20:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















