Icma.az
close
up
RU
Yaxın Şərqdə 8 ci gün...

Yaxın Şərqdə 8 ci gün...

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tehran mülki obyektləri hədəfə alır

Yaxın Şərqdə davam edən müharibə 8-ci günə qədəm qoyub. Qeyd edək ki, ötən gün İrandan İsrailə yeni raket hücumu dalğası həyata keçirilib. Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb. Məlumata görə, 21-ci dalğa çərçivəsində raketlər və pilotsuz uçuş aparatlarının kombinə edilmiş istifadəsi həyata keçirilib. Bildirilib ki, hücum zamanı “Xeybər” raketləri Təl-Əvivin mərkəzindəki hədəflərə buraxılıb.

300-dən çox raket qurğusu...

Fevralın 28-dən bəri İsrail Hərbi Hava Qüvvələri İranda 300-dən çox raket qurğusunu sıradan çıxarıb. IDF Tehrana əlavə zərbələr dalğasını həyata keçirib. Qeyd olunub ki, Tehranın müxtəlif bölgələrində İran hökumət infrastrukturuna qarşı genişmiqyaslı zərbələr dalğası həyata keçirilib. İsrail Hərbi Hava Qüvvələrinə məxsus F-35I təyyarəsi İranın qərbindəki Kermanşah bölgəsində ballistik raket qurğusunu məhv edib. IDF zərbənin görüntülərini “X” səhifəsində yayımlayıb. “İsrail Hərbi Hava Qüvvələri İsrail Dövlətinə təhdid yaradan raket atış sahələrini vurmağa davam edir”, - bildirilib.

219 nəfər xəstəxanaya yerləşdirilib

İsraildə ötən sutka ərzində İranın raket və dron zərbələri nəticəsində xəsarət alan 219 nəfər xəstəxanalara yerləşdirilib. Bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb. Ümumilikdə, hərbi əməliyyatlar başlayandan bəri 1274 nəfər xəstəxanaya yerləşdirilib, 96 nəfərin müalicəsi davam edir.

Küveytə zərbə endirilib

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveyt ərazisində ABŞ hərbçilərinin cəmləşdiyi əraziyə pilotsuz uçuş aparatları ilə zərbə endirdiyini yayıb. SEPAH-ın qərargahının bəyanatına istinadən “Al Jazeera” telekanalı bildirib ki, hücum onlarla döyüş dronunun iştirakı ilə həyata keçirilib və zərbələr ABŞ əsgərlərinin toplandığı əraziyə endirilib. ABŞ hərbçiləri arasında mümkün itkilərlə bağlı məlumat verilməyib. Eyni zamanda SEPAH ABŞ-ın Hind okeanında, İran sahillərindən təxminən 650 kilometr məsafədə yerləşən esminesini də hədəfə aldığını iddia edib.

Konsulluqda yanğın

Dubayda ABŞ-ın konsulluq binasında yanğın baş verib. Bu barədə CNN məlumat yayıb. Telekanalın xəbərinə görə, binaya İran istehsalı olduğu bildirilən pilotsuz uçuş aparatı ilə zərbə endirilib.

Təl-Əvivin bəzi rayonlarında da partlayışlar qeydə alınıb. Bu barədə “Reuters” agentliyi məlumat yayıb. Itki və dağıntılarla bağlı hələlik məlumat açıqlanmayıb.

Gizli nüvə obyekti məhv edilib

İsrailin Hərbi Hava Qüvvələri Tehranın kənarında yerləşən gizli nüvə obyektini məhv edib. Bu barədə “The Times of Israel” İsrail Müdafiə Qüvvələrinə (IDF) istinadən məlumat yayıb. Məlumata görə qismən yeraltı olan və “Minzadehei” adlanan obyektdə bir qrup nüvə alimi “nüvə silahı üçün tələb olunan imkanların gizli şəkildə inkişafı üzərində çalışırdı”.

Qeyd olunur ki, 2025-ci ilin iyununda İsrail və İran arasında baş vermiş 12 günlük müharibə zamanı nüvə obyektlərinə zərbələr endirilsə də, Tehran hərbi nüvə fəaliyyətini dayandırmayıb və infrastrukturu hava hücumlarından qorunan yeraltı məkana köçürərək işləri davam etdirib.

“İran nüvə alimlərinin fəaliyyəti izlənilib və onların yeni fəaliyyət yeri müəyyən edildikdən sonra “gizli kompleksə dəqiq zərbə” endirilib”, - İsrail Müdafiə Qüvvələrindən bildirilib.

Körfəz ölkələri atəş altında

Bundan başqa İranın ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına qarşı yeni hücum dalğası baş tutub. Məlumata görə, ABŞ-ın Bəhreyn, Küveyt, BƏƏ (Əbu-Dabi, Dubay) və Qətərdəki (Doha) bazaları hücuma məruz qalıb.

ABŞ və İsrail tərəfindən İranda vurulan hədəflərin sayı 2 mini keçib. Bu barədə “The New York Times” qəzeti məlumat yayıb. Daha əvvəl ABŞ Mərkəzi Komandanlığı mindən çox hədəfin vurulduğunu bildirmişdi. Zərbələrə İranın komandanlıq və idarəetmə mərkəzləri, SEPAH-ın qərargahı, ballistik raket mərkəzləri və hərbi rabitə obyektləri daxil idi.

“Mühüm nailiyyətlər əldə etdik”

İsrail ordusunun Baş qərargah rəisi Eyal Zamir qarşıda hələ “bir neçə günlük döyüşlərin” olduğunu vurğulayıb. O, bu barədə Təl-Əvivdə İsrail Müdafiə Qüvvələrinin qərargahında keçirilən müşavirədən sonra yayımlanan videomüraciətdə danışıb: “Biz güclü sürprizlə başladıq, əməliyyatın gedişinə və nəticələrinə təsir edən çox mühüm nailiyyətlər əldə etdik. Artıq deyə bilərik ki, ilkin mərhələdə qazandığımız nəticələr yekun vəziyyətə təsir göstərəcək.”

Baş Qərargah rəisi əlavə edib ki, əsas məqsədlərdən biri İsrailə yönəlmiş təhdidlərin azaldılmasıdır: “Hazırda səbr tələb olunur. Biz müttəfiqimizlə sıx əməkdaşlıq edirik, ABŞ ordusu ilə koordinasiya heç vaxt olmadığı qədər güclüdür”. O, həmçinin İsrailin digər istiqamətlərdəki vəziyyəti də izlədiyini, ölkəyə qarşı hər hansı təhdidə “qətiyyətlə cavab veriləcəyini” vurğulayıb.

Tramp “4 həftə” deyir...

ABŞ Prezidenti Donald Tramp isə hesab edir ki, İrana qarşı həyata keçirilən əməliyyat təxminən 4 həftə və ya daha az müddətdə başa çata bilər. O, bu barədə Britaniyanın “Daily Mail” qəzetinə müsahibəsində bildirib. “Hesablamışıq ki, bu, təxminən 4 həftə çəkəcək. Bu, həmişə təxminən 4 həftəlik proses kimi nəzərdə tutulub. Bütün mürəkkəbliyə baxmayaraq, əməliyyat dörd həftə və ya daha az davam edəcək”, - deyə Tramp qeyd edib.

Prezident Ağ Evdə çıxışı zamanı isə İsrail ilə birgə keçirilən əməliyyat zamanı İranın raket potensialının böyük hissəsinin məhv edildiyini bəyan edib. “Raketlər artıq yoxdur. Buraxılış qurğuları artıq yoxdur. Müvafiq olaraq onların təxminən 10 faiz və 64 faizi məhv edilib”, - deyə Tramp bildirib və əlavə edib ki, indiyədək İran Hərbi Dəniz Qüvvələrinə məxsus 24 gəmi sıradan çıxarılıb.

Onun sözlərinə görə, Vaşinqton döyüş əməliyyatlarını davam etdirməyə Tehrandan daha çox meyillidir: “Onlar deyirlər: “Biz necə saziş bağlaya bilərik?” Mən isə dedim: “Siz bir az gecikmisiniz”.

ABŞ Prezidenti həmçinin qeyd edib ki, İrana qarşı əməliyyat uzunmüddətli perspektivdə Yaxın Şərqdə sabitliyin əhəmiyyətli dərəcədə möhkəmlənməsinə gətirib çıxaracaq: “Gördüyümüz tədbirlər uzunmüddətli perspektivdə Yaxın Şərq regionunun sabitliyini, həmçinin neft qiymətlərini, fond bazarını və qalan hər şeyi dramatik şəkildə gücləndirəcək”, - deyə Donald Tramp vurğulayıb.

Bundan əvvəl Ağ Ev rəhbəri “ABC News” telekanalına müsahibəsində İranın bərpası üçün təxminən 10 il vaxt lazım olacağını bildirmişdi.

Yaşayış məntəqələri, hotellər hədəfə alınır

Bəhreynin Hava Hücumundan Müdafiə sistemləri ABŞ və İsrailin İrana qarşı əməliyyatının başlanmasından bu yana 78 İran raketini və 143 pilotsuz uçuş aparatını məhv edib. Bu barədə Bəhreynin Müdafiə Qüvvələrinin Baş Komandanlığının məlumatında deyilir. “Bəhreyn müdafiə qüvvələrinin HHM sistemləri İranın krallığa qarşı davam edən təcavüzü müddətində 78 raket və 143 pilotsuz uçuş aparatını məhv edib”, - məlumatda qeyd olunub.

Bununla yanaşı, Bəhreynin DİN-i son sutkada Əl-Maamir sənaye zonasındakı “Bapco” şirkətinə məxsus neft emalı zavoduna, həmçinin ölkənin paytaxtı Manamada 2 yaşayış binasına və 1 hotelə zərbələr endirildiyini bildirib.

“Hizbullah”a da zərbə endirilir

Dünən İsrail Hərbi Hava Qüvvələri (HHQ) Beyrutun cənub ətrafına “Hizbullah”ın infrastrukturuna yeni hava zərbələri dalğasını reallaşdırıb. Bu barədə İsrail Müdafiə Ordusunun “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib. “İsrail Müdafiə Ordusu Beyrutda Dahiyə rayonunda radikal “Hizbullah” təşkilatının infrastrukturuna zərbələr endirməyə başlayıb, təfərrüatlar sonra açıqlanacaq”, - bəyanatda bildirilib.

İranın gəmisi batdı...

Amerika qoşunları İranın pilotsuz uçuş aparatlarını daşıyan gəmisinə zərbə endirib. Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. CENTCOM tərəfindən paylaşılan videoda sursatın İranın nəhəng gəmisinə dəyməsi və onun üzərindən qatı tüstünün yüksəlməsi görünür. Komandanlığın məlumatına görə, ölçülərinə görə İkinci Dünya müharibəsi dövrünün aviadaşıyıcılarını xatırladan PUA daşıyan gəmi “hazırda yanır”. Məlumatda zərbənin məhz harada endirildiyi dəqiqləşdirilməyib.

Səfirlik boşaldılır...

Birləşmiş Ştatlar administrasiyası Küveytdəki səfirliyin əməkdaşlarının təxliyəsinə başlayıb. Bu barədə mənbələrə istinadən “CBS News” telekanalı məlumat yayıb. Diplomatlara məxfi sənədləri məhv etmək, həmçinin analoji məlumatları serverlərdən silmək əmri verilib. Telekanalın məlumatına görə, diplomatik missiya artıq bir neçə dəfə hücuma məruz qalıb. Martın 5-də səfirliyin fəaliyyəti dayandırılıb.

Türkiyəyə növbəti raket atılıb...

İrandan Türkiyə ərazisinə ikinci raket atılıb. Raket ölkənin hava məkanında məhv edilərək Adıyamanda Atatürk su anbarına düşüb. Raketin qalıqları xüsusi qruplar tərəfindən axtarılıb. Qruplar suya düşmüş raketə aid bir hissəni tapıblar. Raketə aid hissə araşdırılması üçün Jandarm Komandanlığına aparılıb. Su anbarında qalan raket parçalarının tapılması üçün işlər görülüb. Eyni zamanda, qruplar bölgədəki kənd təsərrüfatı sahələri ərazisində də axtarışlar həyata keçirirlər.

Təl-Əviv bombalandı...

İsraildə paytaxt Təl-Əviv istiqamətində raket hücumu ilə bağlı xəbərlər yayılıb. İsrailə yaxın sosial media səhifələrinin yaydığı məlumata görə, İran tərəfindən Təl-Əvivə raket zərbəsi endirilib. Zərbə nəticəsində Ben-Qurion beynəlxalq hava limanı yaxınlığında tüstü qalxdığı müşahidə olunub. Hadisə yerindən yayılan görüntülərdə ərazi üzərində tüstü buludunun yüksəldiyi bildirilir.

İsrail mənbələri hücum zamanı İranın klaster tipli raketdən istifadə etdiyini yazır.

Eyni zamanda, Təl-Əviv şəhərində yaşayış binasına raket zərbəsi endirildiyi barədə məlumat yayılıb. Belə ki, İran tərəfindən atılan raketlərdən biri Təl-Əvivdə yaşayış binasına düşüb. Hadisə nəticəsində ərazidə dağıntıların yarandığı bildirilir. Hücumdan sonra şəhərin bəzi hissələrində hava həyəcanı siqnalları verildiyi və təhlükəsizlik tədbirlərinin gücləndirildiyi qeyd olunub.

İran interneti məhdudlaşdırdı...

İran hakimiyyəti ölkə daxilində informasiya axınını tamamilə kəsmək üçün internet məhdudiyyətlərini rekord həddə çatdırıb. Qlobal internet monitorinqi ilə məşğul olan “NetBlocks” qrupunun son hesabatına görə, İranda internetin kəsilməsi artıq 144 saatı (6 günü) ötüb. Hazırda ölkə üzrə ümumi internet bağlantısı adi vaxtdakı səviyyənin cəmi 1 faizini təşkil edir ki, bu da praktiki olaraq İranın dünya ilə rəqəmsal əlaqəsinin tam kəsilməsi deməkdir. “NetBlocks” bu vəziyyəti “Oruellian mühiti” (totalitar nəzarət) kimi xarakterizə edib. Belə ki, İranın telekommunikasiya şirkətləri qlobal şəbəkəyə qoşulmağa və ya bloklamalardan yan keçməyə çalışan istifadəçiləri açıq şəkildə məhkəmə iddiaları və ağır cəzalarla hədələyirlər. Ekspertlər bildirirlər ki, rəsmi Tehran bu addımla həm ölkədəki daxili etirazların görüntülərinin xaricə çıxmasının qarşısını almağa, həm də ABŞ-İsrail zərbələrinin fəsadları barədə məlumatları gizlətməyə çalışır. Məhdudiyyətlər təkcə fərdi istifadəçilərə deyil, həm də ölkənin onsuz da ağır vəziyyətdə olan bank və ticarət sektoruna böyük zərbə vurur.

Naxçıvana endirilən zərbə təsadüfi ola bilməz...

Qeyd edək ki, Naxçıvana endirilən zərbələrdən sonra siyasi ekspertlər İranın addımlarına beynəlxalq hüquq müstəvisində qiymət verilməsinin vacibliyini önə çəkir. Bildirilir ki, Naxçıvanda hava limanının və məktəbin zərbələrə məruz qalması mülki obyektlərə hücum kimi dəyərləndirilməlidir. Bu isə İran üçün olduqca ciddi bir məsuliyyət yaradır.

Türkiyənin ardından Naxçıvanın hədəfə alınması da təsadüfi deyil - nəzərə alsaq ki, hazırda reallaşmaq üzrə olan Zəngəzur dəhlizi (TRIPP)  layihəsi Türkiyə ilə Azərbaycanı məhz Naxçıvan üzərindən birləşdirəcək, bu mənada, İranın atdığı addımların hansı istiqamətə hədəfləndiyi bəlli olur. Bu isə onu təsdiqləyir ki, Naxçıvana endirilən dron zərbələri təsadüf sayıla bilməz - ekspertlərin fikrincə, bu, birmənalı şəkildə hazırlanmış ssenari üzrə həyata keçirilən plandır.

P.İSMAYILOV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Mart 2026 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Deputat adını daşıyan şəxslər, uşaqlarla bağlı adi elementar qaydaları bilmirlərsə, onların parlamentdə oturmaq haqqı olmamalıdır

22 May 2026 16:00see265

Bu kimi tədbirlər Azərbaycanın sabit ölkə imicini artırır

23 May 2026 17:44see239

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

22 May 2026 07:27see205

Ağ şəhərdə uçqun oldu VİDEO

22 May 2026 01:09see204

Konte İstanbula gəlmək üçün ulduz yarımmüdafiəçinin transferini tələb etdi

22 May 2026 01:22see191

Bir kitabda əbədiləşən iki şəxsiyyət

23 May 2026 00:27see185

Tərləmənin və pis qoxunun səbəbi BU VİTAMİN imiş

22 May 2026 07:31see181

Bir həkim olaraq xərçəngdən qorunmaq üçün ancaq bunları yeyirəm

23 May 2026 04:01see176

Bakı Apellyasiya Məhkəməsinə 7 hakim təyin olunur ADLAR

22 May 2026 12:21see168

“Tasnim”: ABŞ və İran arasında bəzi fikir ayrılıqları üzrə irəliləyiş əldə olunub

23 May 2026 02:24see168

İran tərəfi zənginləşdirilmiş uranın müzakirəsini hazırkı mərhələdə mənasız sayır

23 May 2026 00:18see167

Rusiya Ermənistandan seçim tələb etdi: Aİ, yoxsa Aİİ?

23 May 2026 04:39see164

Saqqıza ucuz və sadə alternativ Köpü və qoxunu yox edir

23 May 2026 07:00see161

“Casus” demişdilər Baş nazir oldu

23 May 2026 02:40see159

Polşa İsrail Milli Təhlükəsizlik Nazirinin beş illik girişini qadağan etdi

22 May 2026 08:02see159

Trampdan Lukaşenkoya BƏD XƏBƏR

23 May 2026 03:08see158

Boksçularımız Batumidə beynəlxalq turnirdə mübarizə aparacaqlar

23 May 2026 13:14see151

BMT rəhbərinin müavini Asan Xidmətdə olub

23 May 2026 04:07see151

Adrian Griffiths: Azərbaycan davamlı və hərtərəfli şəhər bərpasında nümunə göstərir

23 May 2026 06:08see139

Daşkəsəndə 20 dəqiqə DOLU YAĞDI VİDEO

23 May 2026 19:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri