ABŞ yeni qidalanma siyasətini və süni intellektlə tibbi resept yenilənməsini təqdim ETDİ
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Səhiyyə və İnsan Xidmətləri Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi yeni federal qidalanma təlimatını açıqlayıb. Bu, 2025–2030-cu illər üçün nəzərdə tutulmuş rəsmi qida göstərişidir və həm sağlam həyat tərzi, həm də federal proqramlar üçün əsas sənəd hesab olunur.
Redaktor.az xəbər verir ki, yeni təlimatlarda tam, emal olunmamış qidaların tərəvəz, meyvə, tam taxıllar və protein mənbələrinin istehlakının artırılması tövsiyə edilir.
Şəkər istifadəsi sərt şəkildə məhdudlaşdırılır, zülal qəbulu isə əvvəlki qaydalardan daha yüksək səviyyədə saxlanılmalıdır. Bundan əlavə, alkoqollu içkilərin qəbulundan uzaq durmaq tövsiyə olunur. Təlimat həmçinin federal məktəb nahar proqramları və sosial yardım sistemləri üçün rəsmi istiqamətlər təqdim edir.
Eyni zamanda, ABŞ-nin Utah ştatında tibbi sahədə yenilikçi pilot layihə işə salınıb. Burada süni intellekt (AI) platforması bəzi xroniki xəstəliklər üçün reseptləri avtomatik yeniləyəcək. Layihə “regulatory sandbox” çərçivəsində həyata keçirilir və həkim nəzarəti ilə işləyir. Məqsəd, resept yeniləmələrini daha sürətli və effektiv həyata keçirmək, xəstələrin dərman fasilələrini azaltmaqdır.
Ekspertlər bildirir ki, bu addımlar həm qida siyasətində, həm də tibbi texnologiyada ABŞ-nin sağlamlıq sistemində böyük dəyişikliklərə yol açacaq. Süni intellektin tibbi qərarlara dəstəyi gələcəkdə digər ştatlar və federal səviyyədə səhiyyə xidmətlərinə təsir edə bilər.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 07 Yanvar 2026 22:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















