Icma.az
close
up
RU
ABŞ Zelenskini aradan götürəcək

ABŞ Zelenskini aradan götürəcək

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Putin qalib gələ biləcəyinə əmindir, lakin reallıq tamam başqadır

Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib ki, Rusiya Ukraynanı tanımağa hazırdır, lakin bu, yalnız ölkədəki hakimiyyətin indiki açıq nasist rejimindən əhəmiyyətli dərəcədə fərqlənəcəyi halda mümkündür.

“Hazırda biz açıq nasist rejiminin idarə etdiyi bir ölkə görürük. Əgər Ukrayna bu vəziyyətdən fərqli, normal dövlət formasına qayıdarsa, onunla münasibətləri nəzərdən keçirməyə hazırıq,” – Lavrov bildirib.

Nazirin sözlərinə görə, Ukraynada mövcud siyasi rejim 2014-cü ildə “neonasistlər bayrağı altında” formalaşıb və bu, Rusiyanın Kiyevlə diplomatik münasibətləri bərpa etməsinə mane olan əsas səbəblərdən biridir.

Lavrovun bu mövqeyinə münasibət bildirən Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun Xarici Siyasət Araşdırmaları Mərkəzinin baş məsləhətçisi, iqtisad elmləri namizədi İvan Us qəzetimizə açıqlamasında deyib ki, Rusiya Ukraynanı ələ keçirib məhv etmək istəyir. Əslində, artıq dörd ildir ki, bunu edir: “Mən Misirdə telekanallardan birində Putinin keçmiş müşaviri Markovla efirə çıxanda ona eyni sualı verdilər: Ukraynada hakimiyyət dəyişsə, Rusiya ələ keçirdiyi əraziləri qaytaracaqmı? O, yox dedi”.

Us deyib ki, deməli, Lavrovun bütün açıqlamaları bəhanədir. Ukraynada hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Rusiya Ukraynanı məhv etmək istəyəcək. Çünki Bjezinskinin dediyi kimi: “Ukraynasız Rusiya imperiya deyil, Tatarıstansız isə sadəcə Moskvadan ibarət olacaq”.

“Qadınların Geosiyasi Alyansı”nın (Ukrayna) prezidenti Svetlana Salamatova deyib ki, cənab Lavrovun bəyanatlarına Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra tamamilə məhəl qoyula bilər. Lavrov beynəlxalq cinayətkardır və onu danışmaq hüququndan məhrum etmək lazımdır: "Xatırlatmaq istərdim ki, Ukraynada Rusiyanın kriminal avtoritar rejimi tərəfindən müharibə Zelenski hökumətini məhv etmək məqsədi ilə başlayıb.

Rusiya qanlı qoşunlarını Ukrayna ərazisindən çıxardıqdan sonra ukraynalılar qansız və demokratik yolla bu məqsədə asanlıqla nail olacaqlar. Allaha şükür ki, biz Rusiya deyilik. Ukraynanın Rusiyanın tanınmasına ehtiyacı yoxdur. Ukrayna Rusiyanın beynəlxalq qərarların qəbulunda iştirak hüququnu təcrid etməlidir.

Rusiya, cənab Lavrovun və onun avtoritar liderinin oynadığı kimi, strateji geosiyasi istiqamətindən əl çəkməyin mümkünsüzlüyünə görə, Ukraynadakı qanlı terrordan heç vaxt əl çəkməyəcək - Keçmiş Sovet İttifaqı və Avropa, Asiya, Afrika və Amerika ölkələrinin daxil olduğu beynəlxalq sosialist blokunun ərazilərinə nəzarətin qaytarılması. Rusiya bu məqsədinə sülh danışıqları, Ukraynanın işğaldan azad edilməsi və ya qanlı hərbi əməliyyatları nəticəsində dəymiş ziyanın ödənilməsi yolu ilə nail olmağı planlaşdırmır".

Politoloq Elşən Manafovun fikrincə, Zelinski Ukraynadakı prezident seçkiləri

ərəfəsində seçiciləri ilə göruşlərində dəfələrlə bəyan etmişdi ki, dövlət başçısı seçiləcəyi təqdirdə Rusiya ilə münasibətlərdəki problemləri dinc yolla nizamlamağa çalışacaq və ölkəsinin müharibəyə sürüklənməsinə imkan verməyəcək: "Lakin o sözünü tutmadı, Qərbdəki havadarlarının istəyinə uyğun olaraq müharibə yolunu seçdi, nəticə etibarı ilə Ukrayna 21 min kv.km.yaxın ərazilərini itirib, onun infrastrukturuna sarsıdıcı zərbələr dəyib, metallurgiya sənayesi çöküb, ölkənin xarici borcları UDM nın 75%ni ötub keçib, 6,5 milyona yaxın vətəndaş qaçqın düşüb, 1 milyona yaxın itkiləri var. Avropa Birliyi və ABŞ-a olan dövlət borcu ümumilikdə götüruldükdə 270 mil.dollardan çoxdur, bütün bunların fonunda müharibənin davam edəcəyi təqdirdə belə Ukraynanın bəlli torpaqları geri alacağı real görünmür, bunu kollektiv Qərb də etiraf edir".

Politoloqun fikrincə, Zelinskinin isə varidatı getdikcə artır, bütün bu yaşananların konteksində onun növbəti seçkilərə gedəcəyi təqdirdə belə uduzacağı şübhə doğurmur, zira, o seçicilərinə verdiyi vədi yerinə yetirə bilməmiş, Ukraynanı labüd fəlakətə sürükləyib. Digər tərəfdən Kremlə görə onun hakimiyyəti legitim deyil, zira Zelinskinin səlahiyyət müddəti keçən ilin mayında başa çatıb. O, isə müharibəni bəhanə edərək növbəti seçkilərin keçirilməsindən imtina edib: "Halbuki Ukrayna qanunvericiliyində bununla bağlı müddəa yoxdur. Avropa Birliyindəki qlobalist dairələr isə buna göz yumurlar. Zelinski Trampın hərbi əməliyyatların dayandırılmasl ilə bağlı çağırışlarına Avropadakı havadarlarına güvənib əhəmiyyət vermədiyinə görə ehtimal ki, onun dəyişdirilməsi və ya aradan götürülməsi üzərində artıq ABŞ-ın bəlli dairələrində iş gedir, yeni liderin "üzüyola"olması planı müharibənin sonunu gətirəcək ən effektli əməliyyatlardan ola bilər. Onsuz da bu müharibənin Ukraynanın nüfuz dairələrinə bölunəcəyi ilə bağlı fikirləri həm Qərb, həm də Şərqdə qəbul edirlər".

Bu arada “La Stampa” nəşri ABŞ kəşfiyyat orqanlarına istinadla yazıb ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı döyüş meydanında qalib gələ biləcəyinə əmindir, lakin reallıq tamam başqadır. “ABŞ kəşfiyyatı belə qənaətə gəlib ki, Putin Ukraynadakı döyüş meydanında siyasi deyil, bir sıra hərbi-texniki səbəblərə görə qalib gələ bilməz. Və Tramp, təbii ki, bundan xəbərdardır.

Rusiyanın döyüş meydanında qələbə qazanmasına mane olan dörd amil var: ehtiyatda olan hərbçilərin kütləvi şəkildə cəbhəyə yeridilməsi, çətin iqtisadi vəziyyət, döyüş meydanında qeyri-mütənasib ərazi qazancları və Ukraynanın hərbi-texniki imkanları”, - nəşr bildirib.

Onu da qeyd edək ki, ABŞ Dövlət Departamentinin daxili kəşfiyyat qurumu bu ilin əvvəlində Rusiya Prezidenti Vladimir Putinin Ukraynada müharibəyə son qoymaq üçün danışıqlara hazır olduğuna şübhə ilə yanaşıb.

"Voll Strit Jurnal"a bir neçə indiki və keçmiş amerikalı məmur deyib ki, qurum bununla da Mərkəzi Kəşfiyyat İdarəsinin potensial danışıqlara dair daha optimist qiymətləndirməsini rədd edib.

"ABŞ Dövlət Departamentinin Kəşfiyyat və Tədqiqatlar Bürosunun analitikləri bu ziddiyyətli fikri Prezident Donald Trampın rusiyalı həmkarı ilə Alyaskada avqust görüşündən əvvəlki aylarda ifadə ediblər. Bu fikir ayrılığı prezidentin gündəlik brifinqində də öz əksini tapıb", - deyə bildirilib.

Cavid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 29 Oktyabr 2025 23:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see228

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see216

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see214

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see211

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see207

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see202

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see199

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see196

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see196

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see191

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see189

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see188

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see185

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see185

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see184

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see183

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see182

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see182

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see177

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri