Könül Xasıyevanın oxuduğu pubun sahibi: Ehtiyacı olanda heç kim onun yanında olmayıb
Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Könül Xasıyeva pubda deyil, restoranda oxuyub”.
Qaynarinfo xəbər verir ki, bunu Xalq artisti Könül Xasıyevanın oxuduğu pubun sahibi sosial mediada sənətçini tənqid edənlərə cavab verərkən deyib.
O, gecə klubu işlətmədiyini vurğulayıb:
“Biz restoran işlədirik, canlı musiqidir. Könül xanıma təşəkkür edirəm, saydı və gəldi. Gözəl konsert proqramı keçdi. Noyabrın 24-ü yenidən konsert olacaq. Biz də azərbaycanlıyıq, bu xalqın nümayəndəsiyik. Könül xanım da açıqlama yayaraq dedi ki, ehtiyacı olanda heç kim onun yanında olmayıb. Könül xanımın bizim məkana gəlməsi bizim üçün böyük şərəfdir”.
Qeyd edək ki, Xalq artisti Könül Xasıyeva Bakıda fəaliyyət göstərən pubda ifası böyük müzakirələrə yol açıb. İzləyicilər sənətçini orada oxuduğu üçün qınayıb.
Bahar Rüstəmli
Baxış sayı:55
Bu xəbər 19 Noyabr 2026 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















