Icma.az
close
up
RU
ABŞa qarşı beynəlxalq rəy...

ABŞa qarşı beynəlxalq rəy...

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Dünya ictimaiyyəti Vaşinqtonu nankorluqda qınayır...

Əfqanıstanda ABŞ-a dəstək verən Azərbaycana qarşı sərgilənən mövqe haqsızdır

Qərbin “demokratiya” pərdəsinə bürünərək öz maraqlarına uyğunlaşdırılmış standartlar müəyyənləşdirməsi sirr deyil. Dünyanın bir çox dövlətlərinə münasibətdə məhz bu maraqlara əsaslanan müstəvidən yanaşmalar sərgilənir. Hətta bəzən eyni mahiyyətə malik olan məsələlərə belə fərqli baxış ortaya qoyulur.

Xüsusilə, ABŞ bu məsələdə hər zaman “fərqlənib”. Vaşinqtonun siyasi kursu heç də bəyan olunduğu kimi demokratiyaya, insan hüquq və azadlıqlarına, bəşəri dəyərlərə əsaslanmayıb - tam əksinə, qrup maraqları, lobbi maraqları, ən əsası isə Birləşmiş Ştatların özüün maraqları ön planda tutulub.

907-ci düzəliş səhvi...

Bunu sübut etmək üçün çox uzağa getmək lazım deyil - Azərbaycanla bağlı son 30 illik yanaşması ABŞ-ın bütün kartlarını açır. Məsələn, hələ ötən əsrin 90-cı illərində Azərbaycan işğala məruz qalan zaman Vaşinqton bəlkə də tarixinin ən qeyri-demokratik sənədini “qəbul etdi” - 1992-ci ildə ABŞ konqresi tərəfindən qəbul edilən “Azadlığa Dəstək Aktı”nın 907-ci maddəsinə düzəliş ABŞ-ın Azərbaycana birbaşa dövlət yardımını qadağan edən bir sanksiya idi.  Erməni lobbisinin təşəbbüsü ilə qəbul edilən bu qadağa Azərbaycanı iqtisadi və siyasi sabitliyi asanlaşdırmaq üçün ABŞ hökumətindən birbaşa yardım almayan yeganə postsovet dövlətinə çevirdi. Qadağanın tətbiqinin “səbəbi” isə birmənalı şəkildə haqsız və ədalətsiz formada əsaslandırılmışdı. Belə ki, ermənipərəst konqresmenlər tərəfindən hazırlanan bu qadağa layihəsi guya Azərbaycanın Ermənistana və “Dağlıq Qarabağa” qarşı blokadasından irəli gəlirdi. Halbuki reallıq tamam fərqli idi. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın 20 faizə yaxın ərazisi işğal edilmiş, bir milyona yaxın insanı qaçqına, dirdərginə çevrilmişdi.

Haqsız mövqe...

Həmin vaxt əməli ilə sanki işğalçıya haqq qazandıran Vaşinqton 2020-ci il Vətən müharibəsindən sonrakı dövrdə də özünün haqsız və beynəlxalq hüquqla səsləşməyən mövqeyini davam etdirdi. Vaxtilə ATƏT-in Minsk Qrupunun həmsədri kimi, artıq tarixə qovuşmuş “Qarabağ münaqişəsi”nin həllində vasitəçi olmuş Birləşmiş Ştatlar Azərbaycanın öz torpaqlarını azad etməsinə, suverenliyini bərpa etməsinə münasibətdə yenə də fərqli standartlardan reaksiya verdi - xüsusilə, Qarabağdan öz xoşu ilə Ermənistana keçən erməniləri əlində “bayraq” edərək Azərbaycana qarşı təzyiq kampaniyaları formalaşdırmağa çalışan rəsmi Vaşinqton separatçı xuntanın başçılarının həbsi ilə də “razılaşmadı”. Artıq bir ildir ki, bu və ya digər vasitələrlə həmin cinayətkarların azad edilməsinə “çalışan” Birləşmiş Ştatlardakı ermənipərəst kontentin mövqeyi birmənalı şəkildə haqsızlığa söykənir.

ABŞ-ın “siyasi dəyənəyi” - Qarabağ erməniləri...

Vurğulandığı kimi, öz xoşu ilə Ermənisana köçən ermənilərin “hüquqlarını müdafiə” adı altında müxtəlif kampaniyalar təşkil edən ABŞ 30 ilə yaxın bir milyona yaxın insanın haqqının tapdanmasına göz yummuşdu. BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə əməl etməyən Ermənistan həm də ABŞ-ın imza atdığı bir sənədi saymırdı - bu, beynəlxalq hüquqa, BMT TŞ-yə və lokal olaraq ABŞ-a qarşı edilən hörmətsizlik idi. Azərbaycan Vətən müharibəsində qalibiyyət əldə etməklə Ermənistanı həm də beynəlxalq hüquqa hörmətlə yanaşmağa məcbur etdi. Təəssüf ki, ABŞ bu tarixi missiyanı görmək istəmir və Azərbaycana münasibətdə yenə də ikili standartlara müraciət edir, ermənilərin müdafiaəsinə köklənir, bölgədə sabitliyin yaranmasına mane olur.

Kanadalı jurnalistdən Vaşinqtona mesaj...

Bu davranış beynəlxalq ictimaiyyətin də gözündən yayınmır. Hətta Qərb dairələri, mətbuatı, siyasi analitik mərkəzləri belə ABŞ-ın bu haqsız mövqeyini açıq şəkildə tənqid edir. Məsələn, Kanada mətbuatı ABŞ-ı müttəfiqlərinə qarşı nankorluqda ittiham edib. ABŞ Konqresinin Nümayəndələr palatasından Adam Şiffin bu yaxınlarda həmin ölkədəki Azərbaycana məxsus aktivləri hədəfə alan və onları İkinci Qarabağ müharibəsində, eləcə də sonrakı hərbi əməliyyatlarda köçən ermənilərə dəstək vermək məqsədi güdən qanun layihəsini Konqresə təqdim etməsini tənqid atəşinə tutub. Bunun, Amerikanın öz müttəfiqinə xəyanət etdiyi ilk hal olmadığı vurğulanıb. Tanınmış siyasi şərhçi və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham Kanadanın populyar “THEJ.CA” nəşrində işıq üzü görmüş “Amerikanın qərəzli baxışları” sərlövhəli məqalədə Birləşmiş Ştatların İsrailə münasibətdə hazırkı siyasətini qeyri-səmimi, qarşılıqlı etimaddan məhrum kimi dəyərləndirib.

Müəllif Azərbaycanın da bu baxımdan layiq olmadığı analoji ədalətsiz münasibətlə üzləşdiyinə diqqət çəkib.

Onun fikrincə, vaxtilə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə məhəl qoymamış Ermənistanın Qarabağı və Azərbaycanın 7 rayonunu otuzillik işğalı nəticəsində qaçqın vəziyyətinə düşmüş bir milyona yaxın azərbaycanlı üçün analoji kompensasiya paketi təklif etməməsi amerikalı konqresmenin təşəbbüsünün qüsurlarındandır.

Həmçinin qeyd olunub ki, Azərbaycanın Yaxın və Orta Şərqdə dini radikalizm və terrorizmlə mübarizədə Qərbin sadiq müttəfiqi olmasının, Amerika qoşunlarının Əfqanıstandan təhlükəsiz şəkildə çıxmasına kömək etməsinin müqabilində bu qanunvericilik təşəbbüsünün irəli sürülməsi təəccüb və heyrət doğurur. Müəllifin qənaətinə görə, ABŞ-ın bu cür davranışı əxlaqi baxımdan qınanılmalı hərəkətdir.

Beynəlxalq terrorizmə qarşı mübarizədə...

Bəli, 2001-ci il 11 sentybar hadisələrindən sonra Azərbaycan da beynəlxalq terrorizmə qarşı mübarizədə səmimi şəkildə ön sırada dayandı. Azərbaycan həmin dövrdə quru, hava və su yolu ilə yüklərin daşınmasında fəal rol oynadığı kimi, həm də bu mübarizədə təmsil olundu - “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Əfqanıstanda Təhlükəsizliyin Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin Türk taburunun tərkibində fəaliyyət göstərəcək Azərbaycan tağımına dair Sazişə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələri iki taqımla Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirildi, müvafiq əməliyyatlarda iştirak etdi. Azərbaycan Silahlı Qüvvələrinin 22 nəfərlik sülhməramlı tağımı 2002-ci il noyabr ayının 20-dən Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyət göstərməyə başlayıb. 2008-ci il yanvarın 15-dən Azərbaycanın Əfqanıstandakı sülhməramlı kontingentinin sayı artırılaraq bölük səviyyəsinə çatdırılıb. 2008-ci il oktyabrın 2-dən Azərbaycan Respublikasının Milli Məclisi Əfqanıstandakı sülhməramlı kontingentin 2 dəfə artırılması barədə qərar qəbul edib. Müvafiq olaraq, 2009-cu il fevralın 19-dan etibarən Azərbaycan Respublikası SQ-nin 90 nəfər sülhməramlı kontingenti Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) əməliyyatlarında Türkiyə taboru tərkibində fəaliyyət göstərib. Paralel olaraq 2010-cu il oktyabrın 5-dən Azərbaycan NATO-nun Əfqanıstanda keçirdiyi Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) üzrə əməliyyatlarında Azərbaycan Respublikası Sülhməramlı qüvvələrinin töhfəsinin artırılması məqsədilə 2 hərbi həkim və 2 mühəndis-istehkam ixtisası üzrə zabit göndərilib. 2015-ci ilin yanvar ayından isə NATO-nun Əfqanıstanda keçirdiyi yeni “Qətiyyətli Dəstək” adlı qeyri-döyüş missiyasında Silahlı Qüvvələrin 94 nəfərlik kontingenti 6 aylıq rotasiya planına uyğun olaraq xidmət edib. Qlobal təhlükəsizliyə töhfə verən Azərbaycanın bu hərəkəti isə bir daha beynəlxalq hüququ dəstəklədiyinin sübutuna çevrildi. ABŞ-ın onunla yanaşı beynəlxalq terrorizmə qarşı mübarizə aparan Azərbaycana münasibətdə ikili standarta yol verməsi isə həqiqətən nankorluqdur...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Noyabr 2024 08:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri