Icma.az
close
up
RU
ABŞda Oskar mükafatına namizədlərin siyahısı açıqlandı

ABŞda Oskar mükafatına namizədlərin siyahısı açıqlandı

Icma.az bildirir, Teleqraf.com portalına istinadən.

Amerika Kino Sənəti Akademiyası çərşənbə axşamı 10 kateqoriya üzrə Oskar mükafatına namizədlərin qısa siyahısını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, “Ən yaxşı xarici bədii film” nominasiyasında 15 film mübarizə aparacaq. Bu filmlər arasında braziliyalı rejissor Valter Sallesin “Mən hələ də buradayam” (I'm Still Here), fransız Jak Audiardın “Emilia Peres” (Emilia Pérez), danimarkalı rejissor Maqnus fon Hornun “İynəli qız” (The Girl with the Needle), çex rejissoru irji Madlanın "Dalğalar" (Waves) və islandiyalı Baltasar Kormakurun "Təmas" (Touch) əsərləri də yer alır. Həmçinin Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Latviya, Norveç, Fələstin və Taylanddan olan digər filmlər də bu nominasiyada mübarizə aparacaq.

“Ən yaxşı musiqi” nominasiyasına “Çallengerlər” (Challengers), “Konklav” (Conclave), “Vəhşi robot” (The Wild Robot), “Beetlejuice Beetlejuice” və “Inside Out 2” kimi filmlər daxildir. "Ən yaxşı sənədli film" kateqoriyasına isə “Qara qutu gündəlikləri” (Black Box Diaries), “Dahomey”, “Frida”, “Hollywoodqeyt” (Hollywoodgate) və “Porcelan müharibəsi” (Porcelain War) daxil olub.

Bundan əlavə, digər nominasiyalar üzrə də qısa siyahılar təqdim edilib: “Ən yaxşı qısametrajlı sənədli film”, “Ən yaxşı makiyaj və saç düzümü”, “Ən yaxşı mahnı”, “Ən yaxşı qısametrajlı cizgi filmi”, “Ən yaxşı qısametrajlı film”, “Ən yaxşı səs” və “Ən yaxşı vizual effektlər”.

97-ci Akademiya Mükafatları 2 mart 2025-ci ildə keçiriləcək. Tədbiri amerikalı komediyaçı Konan O'Brayen aparacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:307
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 18 Dekabr 2024 08:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see327

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see311

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see284

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see273

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see270

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see257

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see246

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see243

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see233

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see227

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see220

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see219

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see213

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see204

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see203

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see200

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see200

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see193

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see189

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri