Icma.az
close
up
RU
Rəşad Şolan TDTD nin Azərbaycanda rəsmi nümayəndəsi təyin olunub

Rəşad Şolan TDTD nin Azərbaycanda rəsmi nümayəndəsi təyin olunub

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tibb elmləri doktoru Rəşad Şolan Türk Dünyası Transplantasiya Cəmiyyətinin (TDTD) Azərbaycanda rəsmi nümayəndəsi təyin olunub.

Gununsesi.info xəbər verir ki, Orta Şərq Orqan Transplantasiyası Cəmiyyətinin (MESOT) Azərbaycanda əlaqə bürosunun yaradılması da Rəşad Şolana həvalə edilib.

TDTD İdarə Heyəti 2026-cı ilin avqustunda yekdil qərarla Rəşad Şolanın sədrlik etdiyi Azərbaycan Respublikası Urologiya, Nefrologiya və Böyrək Transplantasiyası Sahəsində Mütəxəssislər Assosiasiyasını tərəfdaş təşkilat kimi qəbul edib.

Hər iki cəmiyyətin qurucusu Prof. Dr. Mehmet Haberal 19 avqust 2026-cı il tarixli məktubunda Assosiasiya üzvlərinin TDTD və MESOT-a üzv qəbul ediləcəyini bildirib.

Qeyd edək ki, prof. Mehmet Haberal dünyada tanınan transplantoloqdur.

Türkiyədə ilk böyrək köçürməsi 1975-ci ildə, ölmüş donordan ilk qaraciyər köçürməsi 1988-ci ildə, canlı donordan ilk qaraciyər köçürməsi 1990-cı ildə onun adı ilə bağlıdır.

Başkənd Universitetinin (1993) qurucusu olan alim Beynəlxalq Transplantasiya Cəmiyyətinin (The Transplantation Society) prezidenti seçilib, Amerika Cərrahiyyə Assosiasiyasının fəxri xarici üzvüdür.

1987-ci ildə yaradılan MESOT Orta Şərq, Şimali Afrika və Orta Asiya ölkələrinin, eləcə də keçmiş sovet respublikalarının orqan transplantasiyası mütəxəssislərini bir araya gətirən beynəlxalq elmi cəmiyyətdir.

Cəmiyyət təhsil, elmi tədqiqat və orqan donorluğunun inkişafına xidmət edir.

Rəşad Şolan Azərbaycanda və regionda tanınmış alim və cərrahdır, ölkəmizin urologiya və böyrək transplantasiyası sahəsində beynəlxalq səviyyəli aparıcı mütəxəssisidir. Elmin sərhədi yoxdur və bu addım Azərbaycan təbabətinin dünya elmi ilə inteqrasiyasına böyük töhfədir.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 Noyabr 2026 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see398

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see371

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see351

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see333

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see293

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see286

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see281

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see274

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see252

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see247

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see241

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see240

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see235

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see232

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see224

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see216

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see203

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see196

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri