Tromb kabusu sona çatdı: yeni preparat bazara çıxır
Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyalı alimlər infarkt və ürək-damar xəstəliklərinin müalicəsində istifadə olunması nəzərdə tutulan yeni preparat hazırlayıblar. “Angipur” adlanan dərman hazırda klinik tədqiqatların sonuncu – üçüncü mərhələsindən keçir. Tədqiqatlar uğurla başa çatarsa, preparatın yaxın bir-iki il ərzində bazara çıxarılması gözlənilir.
Bu barədə preparatın hazırlanmasında iştirak edən alim, Volqoqrad Dövlət Tibb Universitetinin Əczaçılıq fakültəsinin dekanı, əczaçılıq elmləri doktoru Viktor Sirotenko RİA Novosti-yə məlumat verib. Alimin sözlərinə görə, “Angipur” trombositlərin bir-birinə yapışmasının və nəticədə qan laxtalarının yaranmasının qarşısını alan antiagreqant preparatlar qrupuna daxildir. Dərmanın əsasən miokard infarktı zamanı və ürəyin koronar damarlarına stent qoyulması kimi müdaxilələrdə tətbiqi nəzərdə tutulur.
Sirotenko bildirib ki, preparatın hazırlanmasında əsas məqsədlərdən biri Rusiyada idxal olunan analoji dərmanları əvəz etməkdir. Onun sözlərinə görə, dərmanın istehsalı xarici xammaldan, avadanlıqdan və digər materiallardan asılı deyil. Aktiv maddənin sintezindən hazır məhsulun istehsalına qədər bütün proses Rusiyada həyata keçirilir.
Hazırda preparatın effektivliyi və təhlükəsizliyi bir neçə tibb mərkəzində, çoxsaylı pasiyentin iştirakı ilə qiymətləndirilir. Bu mərhələdə dərmanın qan laxtalarının yaranmasının qarşısını almaq qabiliyyəti ilə yanaşı, mümkün əlavə təsirləri də araşdırılır. Preparatın hazırlanması üzərində işlər təxminən on il davam edib. Dərmanın molekulunun yaradılmasında Başqırdıstan Dövlət Tibb Universitetinin kimyaçıları, ilkin tədqiqatlarında isə Volqoqrad alimləri iştirak ediblər.
Tərtibatçıların bildirdiyinə görə, klinik sınaqların üçüncü mərhələsi başa çatdıqdan və lazımi təsdiqlər alındıqdan sonra preparatın yaxın iki il ərzində satışa çıxarılması mümkün ola bilər.
Lalə Mehralı
Baxış sayı:49
Bu xəbər 05 Noyabr 2026 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















