Icma.az
close
up
RU
ABŞdan Ukraynaya alçaldıcı çağırış: Krımı unut! Rusiyaya təslim ol!

ABŞdan Ukraynaya alçaldıcı çağırış: Krımı unut! Rusiyaya təslim ol!

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın baş müşaviri Brayan Lanzanın BBC-yə açıqlaması müzakirələrə səbəb olub. O, deyib ki, yeni administrasiya ölkəyə Rusiya tərəfindən işğal olunmuş əraziləri geri qaytarmağa imkan verməkdənsə, əsas diqqətini Ukraynada sülhün əldə olunmasına yönəldəcək.

“Tramp administrasiyası Ukrayna Prezidenti Volodimir Zelenskidən onun “dünyaya real baxış” versiyasını təqdim etməsini xahiş edəcək. Əgər Prezident Zelenski danışıqlar masası arxasına əyləşib desə ki, biz yalnız Krım qaytarılacağı halda sülhə nail ola bilərik, o, bizə ciddi olmadığını göstərəcək. Çünki Krım artıq yoxdur” – B.Lanza deyib.

Diqqətçəkən digər bir məqam isə Lanzanın Ukraynanın şərqindəki bölgələrdən bəhs etməməsidir. Bununla belə o, Krımın qaytarılmasının qeyri-real olduğunu və “ABŞ-ın məqsədi olmadığını” vurğulayıb.

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Donald Trampın dövründə ABŞ-ın Ukraynaya dəstəyinin bitəcəyi və ya azalacağı məlum məsələdir:

“Hələ seçki baş tutmamışdan bu barədə Tramp cəbhəsindən açıqlamaların şahidi olurduq. Ukraynada sülhün əldə edilməsi və Rusiya ilə münasibətlərin qurulması Donald Tramp üçün xüsusi əhəmiyyət kəsib edir. Təbii ki, burda əsas məsələ ABŞ-ın Rusiyadan Çin əleyhinə istifadə etmək niyyətidir.

Yanvarda baş tutacaq inauqurasiya mərasimindən sonra Rusiya ilə danışıqların başlayacağı gözlənilir. Əgər Moskva Vaşinqtona Çinə qarşı istədiyini versə o zaman Ukraynaya verilən dəstəkdə kəskin azalmanın şahidi ola bilər. Əks halda Tramp nəinki Ukraynaya verdiyi dəstəyi kəsə, əksinə, daha da artıra bilər”.


Zeynal Əmrəliyev

Ekspert deyib ki, Donald Tramp biznes adamıdır:

“Bu şəxs vaxtilə Barak Obamanın Ukraynaya verilməsinə blok qoyduğu “Jawelləri” Ukraynaya vermiş şəxsdir. Buna görə də indidən müəyyən açıqlamalar olsa belə Trampın Ukrayna siyasəti barədə dəqiq nə isə demək mümkün deyil. Ancaq Rusiya və ABŞ arasında razılaşma əldə edilərsə o zaman Ukrayna federativ dövlətə çevrilə bilər. Krım isə mübahisəli ərazidir.
Moskvanın bu tarixi türk torpağını hansı cür olur olsun yenidən Ukraynaya qaytaracağı bir qədər gözlənilməzdir. Donetsk, Luqansk, Zaporoje kimi bölgələr federal subyekt kimi Ukraynaya qaytarıla bilər. Buna rəğmən Rusiya Ukraynanın yenidən öz orbitinə daxil olması və Qərbə inteqrasiyadan imtina tələb edəcək.

Ukraynadakı indiki siyasi hakimiyyətlə bu cür müqavilə hələ ki, mümkün görünmür. Buna görə ABŞ Zelenskini buna razı salmalıdır. Yenə də bu təkcə ABŞ-lıq məsələ deyil. Eyni zamanda Avropadakı müttəfiqlərini də bu məsələdə eyni fikrə gətirməyi bacarmalıdır. Müttəfiqlərindən dəstəyin kəsilməsi Zelenskini bu cür sülhə məcbur edə bilər.

Nəticə etibarilə bu cür sülhün əldə edilməsi Ukraynanın gələcəyi üçün böyük təhlükə və alçaldıcı sülh olacaq. Kiyevin hazırda ən arzuladığı Moskva və Vaşinqtonun dil tapa bilməməsidir. Buna görə də Ukrayna son zamanlar Çinlə münasibətlərinə xüsusi önəm verir. Trampın bu cür açıqlamaları və davranışları Kiyevlə Pekinin münasibətlərini daha da istiləşdirəcək”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:234
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Noyabr 2024 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri