Icma.az
close
up
RU
ABŞdəki azərbaycanlılar kimi DƏSTƏKLƏYİRLƏR? AÇIQLAMA

ABŞdəki azərbaycanlılar kimi DƏSTƏKLƏYİRLƏR? AÇIQLAMA

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sabah Amerika Birləşmiş Ştatlarında Prezident seçkiləri keçiriləcək. "Exit-pollar"a görə Respublikaçıların namizədi Donald Trampla Demokratların namizədi Kamala Harris arasında fərq olduqca azdır. 

“Reuters-Ipsos”un keçirdiyi son sorğuya əsasən, Harrisin reytinqi 44, Donald Tramın reytinqi 43 faizdir. Qeyd olunur ki, daha əvvəl 16-21 oktyabr tarixlərində keçirilmiş sorğudakı fərq 2 faiz təşkil edib. Həmçinin yeni sorğu göstərir ki, Tramp bir neçə mövzularda Harris üzərində üstünlük əldə edir. Bu baxımdan iqtisadiyyat mövzusunda Trampın üstünlüyü 10 faiz, miqrasiya mövzusunda isə 15 faiz olub.

Artıq seçkilərə hazırlıq başa çatıb. Vaşinqton qubernatoru Cey İnsli prezident seçkiləri ilə əlaqədar ştatın Milli Qvardiyasının hazırlıq vəziyyətinə gətirilməsi barədə göstəriş verib. Milli Qvardiyanın əməkdaşları noyabrın 4-dən 7-dək vəzifələrini icra edəcək və lazım gələcəyi təqdirdə yerli hüquq-mühafizə orqanlarına kömək göstərəcəklər.

Bəs ABŞ-dakı azərbaycanlılar kimi dəstəkləyir?

Modern.az-a açıqlamasında Şimali Karolinadakı Azərbaycan Dostluq Təşkilatının sədri Adika İqbal bildirib ki,  Amerikada yaşayan azərbaycanlılar arasında Donald Trampı dəstəkləyənlər çoxdur:

"Bunun əsas səbəblərindən biri kimi Demokrat Partiyasının bəzi nümayəndələrinin ermənipərəst mövqedə olmalarıdır. Demokrat Partiyasının yüksək rütbəli üzvləri, eləcə da Kamala Harris və ya onların xarici siyasət yanaşmaları daha çox Ermənistan tərəfini dəstəkləyən mövqedədir. Bu cür yanaşma bizlər üçün narahatlıq doğurur. Çünki bu yanaşma Ermənistan və Azərbaycan arasındakı Qarabağ mövzusunda uzun illər davam edən gərginliyin səbəbidir. Tramp dövründə isə, ABŞ-ın Ermənistanla bağlı siyasətində balanslı bir mövqe var idi və ya ən azından ermənipərəstlik az idi. Tramp administrasiyasının xarici siyasətində postsovet məkanında olan münaqişələrə kifayət qədər aktiv müdaxilə etməməsi, Azərbaycan cəmiyyətində “neytral və ya balanslı mövqe” kimi qəbul olunurdu. Bu da Azərbaycandan gəlmiş bəzi amerikalıların respublikaçılara daha yaxın olmasına səbəb olur.

Bəzi azərbaycanlı amerikalılar arasında Donald Trampın dəstəklənməsinin səbəbləri arasında onun iqtisadi siyasəti də yer alır. Tramp dövründə vergilərin aşağı salınması, xüsusilə orta və kiçik sahibkarlar üçün vergi yüklərinin azalması bir çox amerikalının rifahına müsbət təsir göstərmişdi. Bu dövrdə, həmçinin benzinin qiymətləri daha aşağı idi ki, bu da insanların gündəlik xərclərinə müsbət təsir göstərmiş və iqtisadi rahatlıq hissini artırmışdı".

Adika İqbal vurğulayıb ki, Tramp administrasiyasının immiqrasiya siyasəti də bu dəstəyin başqa bir səbəbidir:

"O, qanunsuz immiqrasiyaya qarşı sərt addımlar atıb, sərhədləri gücləndirirdi. Bir çox azərbaycanlı amerikalı, qanunsuz və potensial olaraq kriminal keçmişi olan miqrantların qəbul edilməməsi ilə daha təhlükəsiz və nizamlı cəmiyyətin qorunacağına inanır. Tramp administrasiyasının miqrasiya siyasəti bu baxımdan ciddi tədbirlərlə yadda qaldı və bir çox qanunsuz miqrantın ölkəyə girişini məhdudlaşdırmaq məqsədi güdüldü.

Bu siyasətlər Kamala Harris və Demokrat Partiyası ilə əks mövqedədir. Demokratlar ümumiyyətlə daha açıq sərhədlər siyasətini müdafiə edir və miqrantların hüquqlarını müdafiə edən qanunlara daha çox dəstək verirlər. Kamala Harris kimi demokratlar qanuni və qanunsuz miqrantların hüquqlarını genişləndirməyə çalışır, bunun isə cəmiyyətin təhlükəsizliyinə və iş bazarına təsiri böyükdür. Bu, mən və bir çox Azərbaycanlı amerikalılarda Tramp və Respublikaçılara qarşı daha böyük bir simpatiya yaratdı".

“ABŞ-Azərbaycan İnteqrasiya Mərkəzi”nin rəhbəri Samir Novruzov isə deyir ki, ABŞ-nin 51 ştatı öz klassik siyasi baxışlarına görə ya respublika yönəmli, ya demokrat yönəmli, ya da Pensilvaniya, Şimali Koralina, Corciya kimi dəyişkəndir.

"Orada yaşayan azərbaycanlılar da həmin ştatların ab-havasının təsirinə düşə bilərlər. Mənim ştatim Texasdır. Bura respublikaçıların ştatı sayılır. Ona görə də Trampa daha çox səs verilir. Amma Azərbaycanın taleyini düşünən bir amerikalı azərbaycanlı kimi biz Trampa səs veririk, yaşadığımız ştatdan asılı olmayaraq... Belə ki, Kamaladan fərqli olaraq Tramp regionda sülhün tərəfdarıdır və Azərbaycanla yaxın münasibətləri var. Bir amerikalı kimi də Trampı dəstəkləmək bizə sərf edir, belə ki, Tramp demokratlar tərəfindən dondurulmuş bir çox mühüm neft-qaz layihələrini həyata keçirəcək, rüsumları azaldacaq, qeyri-leqal yolla gəlmiş immiqrantların, eynicinsli evliliklərin, məktəblərdə transgender dərslərinin verilməsinin qarşısını alacaq, Amerikada daxili iqtisasiyyatı qaldıracaq, Ukrayna və digər ölkələrə göndərilən milyardların qarşısını alacaq, özünün dediyi şüarla desək, Amerikanı Yenidən Böyük Edəcək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Noyabr 2024 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see849

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see281

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see277

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see268

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see251

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see245

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see243

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see232

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see198

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see195

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see195

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see194

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see191

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see191

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see190

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see190

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see185

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see176

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see164

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri