Icma.az
close
up
RU
Abşeron Logistika Mərkəzi və Sian Limanı arasında Memorandum imzalandı Foto

Abşeron Logistika Mərkəzi və Sian Limanı arasında Memorandum imzalandı Foto

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Çin Xalq Respublikasının Sian şəhərinin meri Ye Niu Pinin başçılıq etdiyi nümayəndə heyəti Abşeron Logistika Mərkəzinə işgüzar səfər edib.

“Qafqazinfo” xəbər verir ki, səfər zamanı tərəflər arasında iqtisadi və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Görüş çərçivəsində Abşeron Logistika Mərkəzi və Çinin Sian Limanı arasında Anlaşma Memorandumu imzalanıb. Abşeron Logistika Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayev və “Xi’an International Port Group”un baş direktoru Yuan Syaodzyunun imzaladığı sənəd hərtərəfli əməkdaşlıq əlaqələrinin qurulmasını və möhkəmləndirilməsini, sahibkarlıq sahəsində təcrübə və informasiya mübadiləsinin təşviqini, həmçinin uzunmüddətli və etibarlı tərəfdaşlıq üçün dayanıqlı şəraitin yaradılmasını nəzərdə tutur.

Sian Beynəlxalq Terminalının baş direktoru Yuan Syaodzyun çıxışında bildirib ki, Azərbaycan və Çin arasında tranzit daşımaları və Orta Dəhlizin inkişafı istiqamətində əməkdaşlığın genişləndirilməsi artıq günün tələbinə çevrilib. Onun sözlərinə görə, imzalanmış memorandum Orta Dəhlizin potensialının artırılması və bu istiqamət üzrə yük axınlarının optimallaşdırılması baxımından mühüm addımdır.

Yuan Syaodzyun həmçinin vurğulayıb ki, əməkdaşlığın genişlənməsi iki ölkə arasında dəmir yolu nəqliyyatı sahəsində inteqrasiyanın güclənməsinə, daşımaların səmərəliliyinin artırılmasına töhfə verəcək.

Qeyd edək ki, 24 noyabr 2024-cü il tarixində Abşeron Logistika Mərkəzi vasitəsilə Çinə dəmir yolu ilə ilk ixrac uğurla həyata keçirilib.

Abşeron Logistika Mərkəzi Azərbaycanın ən böyük logistika infrastrukturu layihələrindən biri olmaqla, Orta Dəhliz çərçivəsində Avropa-Asiya ticarət axınlarının təmin edilməsində strateji rol oynayır. Azərbaycan və Çin arasındakı ticarət əlaqələrinin daha da gücləndirilməsinə xidmət edən bu təşəbbüs ölkəmiz üçün regional və qlobal miqyasda mühüm strateji imkanlar açır və Azərbaycanın beynəlxalq logistika sahəsindəki nüfuzunu artırır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 03 Noyabr 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see271

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see209

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see194

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see186

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see184

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see177

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see167

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see164

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see157

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see151

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see150

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see144

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see138

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see138

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see137

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see135

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri