İstanbuldan gələn şəxsin yükündə güllə tapıldı
Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları odlu silahlarda istifadə edilməsi nəzərdə tutulan patronların Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdinin qarşısını alıblar.
DGK-dan BAKU.WS-ə verilən məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn sərnişinin baqajı rentgen aparatından keçirilən zaman monitorda şübhəli əşyaların təsviri görünüb.
Vətəndaş baqajını götürüb getmək istəyərkən saxlanılıb və təkrar baxış keçirilməsi üçün yoxlama otağına dəvət olunub.
Yoxlama zamanı ona məxsus çamadanın içərisindəki montun cibində əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, elektron, şifahi və yazılı formada bəyan olunmayan 12 ədəd patron aşkarlanıb.
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən aşkar edilən patronlar yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş 9x19 mm kalibrli patronlardır, döyüş sursatı hesab edilirlər, istifadəyə (atəşə) yararlıdırlar.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 03 Fevral 2026 05:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















