Abşeron Milli Parkında astro kamp təşkil edilib
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 7 sentyabr, AZƏRTAC
Abşeron Milli Parkında Beynəlxalq Mavi Səma üçün Təmiz Hava Gününə həsr olunmuş “Təmiz hava – ulduzlu səma” adlı astro kamp təşkil edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə iştirakçılar dəniz sahilində təmiz havadan zövq alıb, teleskop vasitəsilə ulduzları seyr edib, Abşeron Milli Parkının gecə mənzərəsini müşahidə ediblər.
Tədbirin keçirilməsində məqsəd atmosferə atılan tullantıların azaldılmasının əhəmiyyətinə diqqət çəkmək, təmiz hava naminə həmrəyliyi təşviq etmək, sağlam və dayanıqlı təbii mühitin qorunmasını təbliğ etmək, həmçinin bu istiqamətdə xüsusi mühafizə olunan təbiət ərazilərinin rolunu göstərməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 07 Sentyabr 2026 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















