Abşeron Milli Parkında veloyürüş təşkil edilib
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 15 may, AZƏRTAC
Abşeron Milli Parkında ekoloji maarifləndirmənin artırılması, sağlam həyat tərzinin təşviqi və gənclərin təbiətə marağının artırılması məqsədilə silsilə veloyürüş tədbirləri təşkil edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, veloyürüşlər ekoloji həyat tərzinin təşviqi, təbiətin qorunmasına ictimai marağın artırılması, ekoturizmin tanıdılması və xüsusi mühafizə olunan təbiət əraziləri haqqında məlumatlılığın artırılması məqsədi daşıyıb.
Səhiyyə Nazirliyi İşçiləri Həmkarlar İttifaqının dəstəyi, TƏBİB-in Pirallahı rayon bölməsi və Abşeron Milli Parkının birgə təşkilatçılığı ilə keçirilən veloyürüşdə iştirakçılar parkın unikal təbiəti, biomüxtəlifliyi və xüsusi mühafizə olunan təbiət ərazilərinin əhəmiyyəti ilə yaxından tanış olublar. Tədbir çərçivəsində iştirakçılar üçün Şahdili ərazisinə ekskursiya da təşkil edilib.
Eyni zamanda, Bakı Dövlət Universitetinin tələbələrinin iştirakı ilə keçirilən veloyürüş zamanı gənclərə ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması və ekoloji məsuliyyətin artırılması ilə bağlı məlumat verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 15 May 2026 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















