Icma.az
close
up
RU
Abşeron Rayon İcra Hakimiyyəti gücləndirilmiş iş rejiminə keçib FOTO

Abşeron Rayon İcra Hakimiyyəti gücləndirilmiş iş rejiminə keçib FOTO

Icma.az bildirir, Pravda.az saytına əsaslanaraq.

Güclü küləklə müşayiət olunan intensiv yağışlarla əlaqədar qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə Abşeron Rayon İcra Hakimiyyətində (RİH) Rayon Fövqəladə Hallar üzrə Komissiyasının iclası keçirilmiş, rayon üzrə xüsusi riskli ünvanlar müəyyən edilmişdir. İclas zamanı Abşeron RİH-nin gücləndirilmiş iş rejiminə keçdiyi vurğulanaraq, qeyd olunan təbiət hadisəsi zamanı rayon ərazisində subasmaya məruz qalma ehtimalı olan ünvanların, o cümlədən daşma təhlükəsi olan su anbarlarının və göllərin, avtomobil yollarının diqqətdə saxlanılması əsas müzakirə mövzusu olmuşdur. Kommunal xidmət sahələri (elektrik, qaz, su və digər) rəhbərlərinə, eyni zamanda rayonun şəhər, qəsəbə və kənd bələdiyyə sədrlərinə, icra nümayəndələrinə sözügedən sahələrin diqqətdə saxlanılması ilə bağlı konkret tapşırıqlar verilmişdir.

Sadalanan təbii hadisələr zamanı ziyan görəcək sakinlərin müvəqqəti yerləşdirilmələri üçün Abşeron RİH tərəfindən rayonun bir neçə ərazisində sığınacaqlar təşkil edilmişdir. Belə ki, sakinlər üçün təcili və təxirəsalınmaz qaydada yerləşdirilməsi məqsədilə Xırdalan şəhərində 2 ünvanda olmaqla, rayonun Saray qəsəbəsi, M.Ələkbərov küçəsində, Mehdiabad qəsəbəsi, “Mehdiabad” və “Məkan” mərasim evlərində, Görədil kəndi, E.Yusifov küçəsi, “Xeyir-Şər” Evində, Novxanı kəndi, Ə.Abuzərov küçəsindəki “Xeyir-şər” Evində, Məmmədli kəndində xeyir-şər evində, Fatmayı kəndində Qara Qarayev küçəsi, “Töhfə” Şadlıq Sarayında, Ceyranbatan qəsəbəsi, Nizami küçəsindəki “Xeyir-şər” Evində müvəqqəti sığınacaq yaradılmışdır. O cümlədən, ərazilər üzrə daşqına qarşı və təxliyyə xarakterli texnikalar, həmçinin xüsusi mülkiyyətdə olan özəl xidmət sahələri ilə texnikaların sayı müəyyən edilərək ərazilərə cəlb edilmişdir.

Bundan əlavə bildiririk ki, güclü külək nəticəsində rayon ərazisində 21 ədəd ağac aşmış, qəzalı vəziyyətdə olan və aşmış ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyatı qurumlarının əməkdaşlarının iştirakı ilə Abşeron Rayon Abadlıq və Kommunal Xidmətlər İdarəsi tərəfindən ərazidən götürülmüşdür.

Hal-hazırda Fövqəladə Hallar Nazirliyinin, Dövlət Su Ehtiyatları Agentliyinin, Abşeron Rayon İcra Hakimiyyətinin və digər dövlət strukturlarının gərgin fəaliyyəti ilə fəsadların aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Onu da vurğulayaq ki, baş verəcək fəsadlara çevik reaksiya verilməsi məqsədilə Abşeron Rayon İcra Hakimiyyətində “qaynar xətt” (342-40-00) fəaliyyət göstərir. Sakinlərdən son günlər davam edən küləkli və intensiv yağıntılı hava şəraiti ilə əlaqədar fövqəladə hallarla rastlaşdıqları təqdirdə qaynar xəttə müraciət etmələri xahiş olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://pravda.az
archiveBu xəbər 16 Aprel 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Depressiya və narahatlıq yaradır Gec yatanların nəzərinə!

06 İyun 2025 18:50see185

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see153

Həcc ziyarətinə 2 milyondan çox müsəlman gedib

06 İyun 2025 12:32see124

Azadlıq yox, ideoloji silah: Aİ “Azadlıq Radiosu”nu informasiya silahına çevirir

06 İyun 2025 11:09see120

Azərbaycan dilində şeir oxuyan Pezeşkian Ermənistanda nə deyəcək? KONKRET

06 İyun 2025 15:05see119

Mbappe Fransa millisində tarix yazdı Anrini də keçdi

06 İyun 2025 16:16see119

Ukrayna okeanda rus gəmilərinə hücum edə bilər

07 İyun 2025 01:26see119

Azərbaycanın təbii qazını Bolqarıstana nəql edən IGB nin tədarük həcmi açıqlanıb

06 İyun 2025 22:03see118

Ukrayna ordusu Rusiya qırıcılarının yerləşdiyi iki aerodromu vurdu

06 İyun 2025 12:23see117

Bu heyvan kənd təsərrüfatını MƏHV EDİR

06 İyun 2025 17:47see117

Handeylə Barışın qırmızı xalı tərzi

06 İyun 2025 16:28see116

Tovuzda ailə davası: 1 nəfər baltalandı… KONKRET

06 İyun 2025 16:14see116

Dəmir yolunda partlayış lokomotiv relsdən çıxdı

06 İyun 2025 11:37see116

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see114

Cəhənnəm istisi bu ölkəni məhv edəcək: XƏBƏRDARLIQ

06 İyun 2025 20:16see114

Dünya çempionu olan Əminə Əliyevanın məşqçiləri DANIŞDILAR

06 İyun 2025 21:24see114

Putin Rusiyadakı müsəlmanlara jest etdi

06 İyun 2025 11:10see114

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? SƏBƏB

06 İyun 2025 19:58see113

Mingəçevirdə müəmmalı ölüm: Oğulları güllələnən ər arvad evdə ölü tapıldı

07 İyun 2025 00:12see112

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri