Ronaldu bu tarixdə karyerasını BİTİRƏCƏK
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Portuqaliyalı ulduz hücumçu Kriştianu Ronaldu karyerasını nə vaxt bitirməsi ilə bağlı sualı cavablandırıb.
Milli.Az xəbər verir ki, ulduz hücumçu bu barədə mətbuat konfransında danışıb.
40 yaşlı forvardın sözlərinə görə, butslarını nə vaxt asacağına hələ qərar verməyib. Ronaldu yalnız futboldan həzz almadıqda oynamağı dayandıracağını bildirib.
"Təqaüdə çıxmaq? Mənim şüarım hər günü yaşamaqdır. Oynamağa çox illərim qalmayıb, amma bu andan həzz alıram. Karyeramın bitmə tarixi yoxdur. Özümü xoşbəxt hiss edirəm. Mən həzz almaq və oynamağa davam etmək üçün buradayam - həzz aldığım günə qədər", - portuqaliyalı qeyd edib.
Xatırladaq ki, iyunun 8-də Millətlər Liqasının finalında Portuqaliya və İspaniya milliləri üz-üzə gələcəklər. /Oxu.Az
Milli.Az


