Icma.az
close
up
RU
Menu

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

“Vaqner”in Malidən çıxışı: missiya bitdi, “terrorçuları məğlub etdik”

“Vaqner”in Malidən çıxışı: missiya bitdi, “terrorçuları məğlub etdik”

Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Muzdlular ölkəni tərk edirlər, amma... - Mali Rusiyadan hərbi yardım almağa davam edəcək

Rusiyanın özəl hərbi şirkəti olan “Vaqner” döyüşçüləri Malidə üç il yarım davam edən missiyasını başa vurduqlarını elan ediblər. Bildirilir ki, bu müddət ərzində onlar “ölkədə qalan terrorçu qrupları məğlub ediblər, bütün regional paytaxtları və strateji əhəmiyyətli şəhərləri azad ediblər və Mali hərbçilərini müasir döyüşlər aparmaq üçün öyrədiblər”. Qərbi Afrikadakı kampaniya zamanı rus hərbi təlimatçıları daha nə ilə yadda qalıb?

“Vaqner” komandanlığı Malidə 2021-ci ilin payızında başlayan hərbi əməliyyatın 6 iyun cümə günü başa çatdığını elan edib. Qərar bütün müqavilə tapşırıqlarının yerinə yetirilməsi ilə əlaqədar qəbul edilib.

"Şirkət üzvləri Mali xalqı ilə çiyin-çiyinə terrora qarşı mübarizə apardılar. Biz əsas vəzifəni yerinə yetirdik - bütün regional paytaxtlar qanuni hakimiyyətin nəzarətinə qayıtdı. Missiya tamamlandı. “Vaqner” vətənə qayıdır", - hərbi şirkətin bəyanatda qeyd edilib.

Şirkətin Mətbuat Xidmətindən “Lenta.ru”ya verilən məlumata görə, rus hərbçilərinin vəzifələrinə təkcə terrorçularla mübarizə deyil, həm də yenidən silahlanma, Mali Silahlı Qüvvələrinə təlim və effektiv antiterror əməliyyatları sisteminin yaradılması daxil olub.

Malinin müdafiə və veteranlarla iş üzrə naziri general Sadio Kamara “Vaqner”in mövcudluğunu “ölkənin bərpa edilmiş suverenliyinin simvolu” adlandırıb: "Sizin terrorizmlə mübarizəyə verdiyiniz töhfə əvəzsizdir".

Bildirilib ki, regiondakı “Vaqner” üzvlətrinin işi Malidə vəziyyəti sabitləşdirməyə və böhrandan çıxmağa kömək edib. İndi ölkədə asayişi qorumaq üçün Rusiya Müdafiə Nazirliyinə tabe olan Afrika Korpusunun kontingenti yerləşdiriləcək.

Xatırladaq ki, Maliyə “Vaqner” getməmişdən əvvəl doqquz illik vətəndaş müharibəsi baş verib. 2012-ci ildə “Tuareq” köçəriləri keçmiş Fransa koloniyasında üsyan qaldıraraq ölkənin şimalında müstəqil “Azawad” dövləti elan edərək mərkəzi hökumətlə müharibəyə başlayıblar.

Üsyançı hərəkat tezliklə parçalanıb: dünyəvi liderlər və islamçılar qarşıdurmaya giriblər. Beynəlxalq terror təşkilatlarının, o cümlədən “Əl-Qaidə”nin dəstəklədiyi radikallar qalib gəlib.

Fransa münaqişəyə müdaxilə etmək qərarına gəlib: Serval əməliyyatı 2013-cü ildə başlayıb. Fransızlar bölgəyə təxminən üç min əsgər göndərib və tezliklə islamçıları səhraya qovublar.

Bundan sonra yaraqlılar partizan taktikasına keçiblər - bir şəhərdə bir-birinin ardınca üsyanlar qaldırılıb, hökumət və ya fransız qoşunları yaxınlaşanda geri çəkilib, terror hücumları ilə cavab veriblər. Lakin fransız kontingent terrorizmə qarşı effektiv mübarizə üsullarını nümayiş etdirməyib və ölkədə vəziyyəti sabitləşdirə bilməyib.

2021-ci ilin mayında Malidə hərbi çevriliş baş verib və polkovnik Assimi Qoita hakimiyyətə gəlib. O yeni müttəfiqlər axtarmağa başlayıb və əvvəllər Liviya və Mərkəzi Afrika Respublikasında (CAR) fəaliyyət göstərən Rusiya “vaqner”inə müraciət edib.

Tezliklə hökumət Fransadan qoşunlarını çıxarmağı tələb edib. Ölkənin hakimiyyət orqanları bununla razılaşıb və beləliklə, 70 ilə yaxın Fransanın müstəmləkəsi olan və daha 60 il Fransanın təsiri altında olan Mali dövləti real suverenlik əldə edib.

Rusiya Beynəlxalq Təhlükəsizlik üzrə Zabitlər Birliyinin direktoru, hərbi ekspert Aleksandr İvanov “Lenta.ru”ya deyib ki, Rusiya “gecikmələr və lazımsız hərəkətlər olmadan məqsədyönlü sabitləşmənin uğurlu və davamlı modelini” təklif edir: “Bu, sülhməramlılıq adı altında böhranı daha da dərinləşdirən, uzunmüddətli münaqişələrə səbəb olan və ölkələri xarabalığa çevirən Qərb müdaxilələri ilə tamamilə ziddiyyət təşkil edir”.

Şirkətin Mətbuat Xidmətinin məlumatına görə, əməliyyat zamanı Mali hökuməti Kidal, Anefis və Timbuktu da daxil olmaqla bütün regional paytaxtlara, eləcə də strateji əhəmiyyətli yaşayış məntəqələri - Ber, El-Xəlil, Kabio, Zuera və Ethambara nəzarəti bərpa edib. Terrorçuların əsas gəlir mənbəyi olan Qao bölgəsindəki İntahaka mədəni də daxil olmaqla əsas resurs obyektləri geri qaytarılıb.

“Minlərlə terrorçu zərərsizləşdirilib. Radikal dəstələrin bazaları və qalaları dağıdılıb. Qrupların qalıqları səhraya atılıb, burada infrastruktur və resurslardan məhrum ediliblər”, - deyə vurğulanıb.

Muzdluların sözlərinə görə, “Vaqner”in  səyləri sayəsində bütün əsas “nəqliyyat marşrutlarında təhlükəsizlik bərpa edilib. Əsas islamçı komandirlər məhv edilib. İşğaldan azad edilmiş ərazilərdə dinc həyat başlayıb”.

Malidəki missiyada iştirak etmiş keçmiş “Vaqner” döyüşçüsü bildirib ki, bölmələr geri çəkildikdən sonra hökumət Rusiyadan hərbi-texniki yardım almağa davam edəcək. Onun sözlərinə görə, bu il ölkələr arasında beş il müddətinə təchizat, təmir və təlim üzrə saziş imzalanıb.

O qeyd edib ki, üç il yarım ərzində muzdlular Mali Silahlı Qüvvələrini birləşmiş silah və əks-üsyan əməliyyatları keçirməyə hazırlayıblar. Onun sözlərinə görə, texnikadan istifadə üzrə təlimlərə, şəhərlərdə hərəkətlərə və müasir kəşfiyyata xüsusi diqqət yetirilib.

Mali ilə Rusiya arasında əməkdaşlıq bununla bitmir. Afrika Korpusu ölkədə yerləşdirilib və onun bölmələri terrorizmlə mübarizədə və suverenliyin qorunmasında Mali xalqını dəstəkləməyə davam edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:270
embedMənbə:https://ayna.az
archiveBu xəbər 08 İyun 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see342

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see291

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see278

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see271

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see268

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see244

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see240

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see232

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see227

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see222

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see222

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see220

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see211

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see203

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see197

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see182

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see173

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see173

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see173

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri