Abşeron və Gəncədəki obyektlərə qənim kəsilən talançı dəstə saxlanıldı
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Abşeron rayonunda silsilə oğurluq hadisələri baş verib. Naməlum şəxslər Xırdalan şəhərində bir, Masazır qəsəbəsində isə iki mağazanın qapısını sındıraraq içəri daxil olub və obyektlərdən ümumilikdə 2300 manat pulu talayıblar.
Modern.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qabaqcadan əlbir olaraq oğurluqları törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş A.Qurbanov, Ü.Şərifov və S.Kərimov müəyyən edilərək saxlanılıblar.
Araşdırmalarla onların Gəncə şəhəri ərazisində yerləşən ayrı-ayrı iki marketdən də nağd pul, tütün məmulatı və digər məhsulları taladıqları məlum olub.
Faktlar üzrə araşdırmalar davam etdirilir.
Baxış sayı:64
Bu xəbər 24 Yanvar 2026 13:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















