Abşeronda 19 min manatlıq oğurluq edilib
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Abşeronda oğurluq edən şəxslər saxlanılıblar.
APA DİN-ə istinadən xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində müxtəlif ünvanlarda oğurluq hadisələri törətməkdə şübhəli bilinən Tural Heydərli, Səid Qasımov, Binyət Bayramlı, İsmayıl Xıdırov və Rasif Əliyev saxlanılıblar.
Araşdırmalarla müəyyən edilib ki, onlar müxtəlif ünvanlardan ümumi dəyəri 19 min manat olan elektrik naqillərini oğurlayıblar. Həmçinin saxlanılan şəxslərin digər bir həyətyanı sahədən elektrik mühərrikləri və müxtəlif avadanlıqlar taladıqları da müəyyən edilib.
Keçirilən digər tədbir zamanı saxlanılan Rasif Əliyevin isə rayon ərazisində yerləşən marketlərdən birindən tütün məmulatları, lotereya biletləri və pul oğurladığı da məlum olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Baxış sayı:77
Bu xəbər 18 İyun 2026 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















