Icma.az
close
up
RU
Abşeronda bu ərazilərdə metan qazı tapıldı, araşdırmalara başlanıldı FOTOLAR

Abşeronda bu ərazilərdə metan qazı tapıldı, araşdırmalara başlanıldı FOTOLAR

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Abşeron rayonu, Məmmədli qəsəbəsi, Həsənbəy Ağayev və Ziya Bünyadov küçələrində, “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ərazisinin yaxınlığında yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrində qaz sızması müşayiət olunmuş və bu barədə məlumat daxil olduqdan dərhal sonra ilkin olaraq Fövqəladə Hallar Nazirliyi, “Azəriqaz” İstehsalat Birliyi və Abşeron Rayon İcra Hakimiyyətinin mütəxəssislərinin iştirakı ilə ərazidə müayinələr aparılaraq akt tərtib edilib.

FHN-dən "Unikal"a verilən məlumata görə, Müayinə zamanı sözügedən ünvanda yerləşən fərdi yaşayış evlərinin bünövrəsinə yaxın olan hissələrində, həyətyanı sahələrində və yaşayış olmayan boş ərazilərdə yer səthində şulf üsulu ilə dəliklər açılaraq cihazlarla ölçmə işləri aparılmış və metan qazı (CH4) aşkar edilmişdir. Bu səbəbdən mümkün partlayış-yanğın hadisələrinin qarşısının alınması və sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən əraziyə qazın nəqli müvəqqəti olaraq dayandırılmışdır.

Aparılmış müayinələr zamanı aşkar edilmiş nəticələrin partlayış-yanğın təhlükəli olduğunu nəzərə alaraq, əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə kompleks araşdırmanın aparılması və zəruri tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Elm və Təhsil nazirliklərinin, SOCAR və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrindən ibarət işçi qrup yaradılmışdır. İşçi qrup tərəfindən aşkar olunan qazın mənbəyinin və tərkibinin müəyyən edilməsi, zəruri tədbirlərin görülməsi məqsədilə hazırda ərazidə kompleks işlər həyata keçirilir. Qısa müddətdə araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq qərar veriləcək.

Məsələ nəzarətdə saxlanılmaqla, gedişatı barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:51
embedMənbə:https://unikal.az
archiveBu xəbər 27 Noyabr 2025 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see290

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see215

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see184

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see182

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see179

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see148

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see145

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see140

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see139

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see138

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see138

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see138

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see136

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see136

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see136

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see128

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see128

Napoli Qarabağ oyununun ən yaxşı futbolçusu müəyyənləşib

26 Noyabr 2025 02:27see124

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see122

Flik: “Belə bir “Çelsi”yə qarşı on nəfərlə oynamaq asan deyil”

26 Noyabr 2025 03:08see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri