Icma.az
close
up
RU
Abşeronda silsilə tədbirlər keçirilib FOTOLAR

Abşeronda silsilə tədbirlər keçirilib FOTOLAR

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Abşeron rayonunda Vətən Müharibəsi şəhidlərinin ailələri və qazilərlə növbəti görüş keçirilib.

"Unikal" xəbər verir ki, Rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutan görüşdə RİH başçısı Abdin Fərzəliyev, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, Abşeron Ağsaqqallar Şurasının sədri, şəhid Rauf İbadovun atası Məhərrəm İbadov, “Vətən Müharibəsi Qəhrəmanı”, şəhid Rəşad Abdullayevin həyat yoldaşı Gülnar Abdullayeva, şəhid Babək Allahverdiyevin həyat yoldaşı Aygün Allahverdiyeva, şəhid Ruslan İsmayılovun həyat yoldaşı Saniyə Əliyeva, müharibə iştirakçıları, o cümlədən şəhidlərimizin bizə əmanət qalan övladları iştirak edib.

Görüşdə RİH başçısı Abdin Fərzəliyev Azərbaycanın Vətən Müharibəsində qazandığı şanlı qələbədən söz açaraq bildirib ki, Müzəffəq Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin uzaqgörənliyi, siyasi iaradəsi, ordumuzun şücaəti və şəhidlərimizin qəhrəmanlığı sayəsində düşmən tapdağından azad olunan Qarabağımıza yenidən həyat qayıdıb. Abdin Fərzəliyev qeyd edib ki, bu gün beynəlxalq aləmdə cərayan edən prosesləri izlədikdə Azərbaycanın nə qədər böyük qələbə qazandığını, regionun sumasını və siyasi gündəmini dəyişdiyinin bir daha şahidi olursan.

Ölkəmizdə, o cümlədən Abşeron rayonunda şəhid ailələri və müharibə iştirakçılarına böyük diqqət göstərildiyini vurğulayan RİH başçısı şəhid ailələrinin qayğıları ilə maraqlanıb.

Öz növbəsində şəhid ailələri də dövlətimizim onlara göstərdiyi diqqət və qayğıdan razı qaldıqlarını, həyatlarının hər bir məqamında dövlətimizi öz yanlarında hiss etdiklərini, ölkəmizin hər yerində olduğu kimi Abşeron rayonuynda da yaşayan şəhid ailələrinə mənzillərin verildiyini, sosail rifahının yüksəldilməsi istiqamətində lazimi tədbirlərin görüldüyünü qeyd edərək, bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Şəhid ailələri və müharibə iştirakçıları işlə təmin olunmada, mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində və sair sahələrdə köməklik göstərilməsini xahiş ediblər. Görüşdə qaldırılan məsələlər yerindəcə həll olunub, müəyyən vaxt tələb edən digər məsələlər barəsində isə lazimi göstərişlər verilib.

Görüşdə, o cümlədən, Vətən Müharibəsi şəhidi Sahib Musayevin xalqımıza əmanət qalan övladı Ülvi Musazadənin doğum günü qeyd olunub, xatirə şəkili çəkilib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Vətən Müharibəsi şəhidi Vidadi Zalovun anadan olmasının 40 illiyi münasibəti ilə onun ailə üzvləri ilə birgə şəhidin məzarını ziyarət edib. Şəhidimizin keçdiyi döyüş yolundan söz açılıb, göstərdiyi qəhrəmanlıqlardan danışılıb. RİH başçısı şəhidin ailəsinin qayğıları ilə maraqlanıb, dövlətimizin daima onların yanında olduğunu bir daha diqqətə çatdırıb.

Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova şəhid Ülvi Rəhimovun anadan olmasının 23-cü illiyi münasibəti ilə onun ailə üzvləri ilə görüşüb, onlarla birgə şəhidimizin məzarını ziyarət edərək qəhrəmanımızın əziz xatirəsini anıblar.

Abşeron rayonunda növbəti səyyar vətəndaş qəbulları keçirilib. Vətəndaşların müraciətlərinin yerində və operativ həlli ilə əlaqədar olaraq Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında, o cümlədən Güzdək, Qobu, Saray və Ceyranbatan qəsəbələrində baş tutan qəbullarda qəbullarda RİH başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Abşeron RİH yanında İctimai Şuranın sədri Xatirə İsmayılova, Abşeron Ağsaqqallar Şurasının sədri Məhərrəm İbadov, şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları və sakinlər iştirak edib.

Səyyar qəbul və görüşlərdə RİH başçısı Abdin Fərzəliyev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Vətən Müharibəsindən, qısa zaman keçməsinə baxmayaraq keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş torpaqlara qayıdışından, soydaşlarımız uzun müddət həsrətində olduqları öz dədə-baba yurdlarına qovuşmasından danışıb. Abdin Fərzəliyev ordumuzun gücündən danışarkən bildirib ki, Silahlı Qüvvələrimiz bundan sonra da düşmənin törədə biləcəyi bütün hərbi təxribatların qarşısını vaxtında almağa və layiqincə cavablandırmağa qadirdir.

Qəbullarda sakinlər tərəfindən qaldırılan məsələlərin əksəriyyəti yerində həll olunub, digərlərinin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://unikal.az
archiveBu xəbər 18 İyul 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri