Abşeronda ne vaza üzrə ACF Kubokuna start verilib VİDEO
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün Abşeron Olimpiya İdman Kompleksində böyüklər arasında ne-vaza üzrə ACF Kuboku start götürüb.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Bildirilib ki, yarışda 33 klub və idman cəmiyyətini təmsil edən 157 cüdoçu (137 kişi, 20 qadın) 11 çəki dərəcəsində medallar uğrunda mübarizə aparır.
Qeyd edək ki, cüdoda ne-vaza bacarıqları idmançıların görüş zamanı yer (parter) texnikalarını inkişaf etdirməsinə və təkmilləşdirməsinə şərait yaradır. Bu bacarıqlar həm fəndlərdən yayınmaq, həm də rəqibi daha effektiv şəkildə məğlub etmək üçün vacib taktiki yanaşmaların formalaşmasında mühüm rol oynayır.
Ne-vaza üzrə ACF Kubokunu Azərbaycan Cüdo Federasiyasının rəsmi "YouTube" kanalından canlı izləyə bilərsiniz.
Tatami 1:
Tatami 2:
Tatami 3:
Baxış sayı:142
Bu xəbər 16 Fevral 2026 10:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















