Şəhid qızları at belində: Kökümüzə qayıdış VİDEO
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
“Kökümüzə Qayıdış” layihəsi çərçivəsində şəhid qızlarının iştirakı ilə Zəfər yürüşü keçirilib. Milli geyimdə, at üstündə gerçəkləşən yürüş Azərbaycan qadınının qürurlu, cəsarətli və köklərinə bağlı obrazını nümayiş etdirib.
Modern.az xəbər verir ki, yürüşdə şəhid general Polad Həşimovun, şəhid mayor Asiman Əliyevin, şəhid baş gizir Camal İsmayılovun, şəhid polkovnik- leytenant Əkrəm Şadmanovun, şəhid kapitan Nəcəf Şikarovun və şəhid baş gizir Oktay Bədəlovun qızları ilə yanaşı, dövlət qurumları, mediya nümayəndələri və ictimai fəal xanımlar iştirak ediblər.
Layihənin əsas məqsədi şəhid qızlarına mənəvi dəstək olmaq, onların yanında olduğumuzu hiss etdirmək, milli irsimizi, adət-ənənələrimizi və Azərbaycan xanımının tarixi obrazını yaşatmaqdır. Milli geyimdə at üstündə canlandırılan Azərbaycan qadını obrazı yürüşün əsas ideyasını özündə əks etdirib.
Layihənin rəhbəri, xalq qəhrəmanları Qaçaq Nəbi və Həcər xanımın kötücəsi Həcər Əkbərova bildirib ki, bu təşəbbüs şəhid qızlarına sevgi, diqqət və mənəvi güc verməklə yanaşı, milli kimliyimizə və köklərimizə bağlılığı ifadə edir.
“Kökümüzə Qayıdış” yalnız bir yürüş deyil, tariximizə, milli dəyərlərimizə və Azərbaycan qadınının qəhrəmanlıq ənənəsinə qayıdışın ifadəsidir. Bu təşəbbüs şəhidlərimizin bizə əmanət etdiyi dəyərlərin birlik, sevgi və yaşadılan ənənələrlə gələcək nəsillərə ötürülməsinə xidmət edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 23 Noyabr 2026 22:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















