Abşeronda obyektdə yanğın olub VİDEO
Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən obyektdə yanğın baş verib.
Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, üçmərtəbəli obyektdə baş verən yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 731 m² olan və müxtəlif təyinatlı obyektlərdən ibarət üçmərtəbəli tikilinin 3-cü mərtəbəsində yerləşən kafenin yanar konstruksiyaları 110 m² sahədə yanıb. Tikikinin böyük hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.
Baxış sayı:60
Mənbə:https://unikal.az
110 m²
731 m²
abşeron rayonu
baş verib
baş verən
böyük hissəsi
cümlədən yaxınlıqdakı
digər tikililər
fhn məlumat
fövqəladə hallar
genişlənməsinə cümlədən
hallar nazirliyindən
hökməli qəsəbəsi
ibarət üçmərtəbəli
imkan verilmədən