Beyləqanda qədim tikililərin izləri üzə çıxıb
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun Beyləqan rayonunun Təzəkənd kəndi ərazisində apardığı arxeoloji qazıntılarda çiy kərpic döşəmə və bişmiş kərpicdən hörgü izləri aşkarlanıb.
Bu barədə XQ-yə Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib.
Bildirilib ki, ardıcıl mədəni qatlar və memarlıq qalıqları Mil düzündə yerləşən bu yaşayış yerində məskunlaşmanın bir neçə mərhələdə davam etdiyini göstərir.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi əməkdaşı Abdulla Abdullayevin rəhbərlik etdiyi ekspedisiya 2026-cı ilin iyulunda ərazidə kəşfiyyat aparıb, avqustda yoxlama şurfu qoyub. Stasionar qazıntılar sentyabrın 14-dən oktyabrın 13-dək davam edib. Altı kvadrat üzrə aparılan qazıntıda mədəni qat təxminən bir metr dərinliyədək izlənib.
Qazıntı sahəsinin A kvadratında 97 sm dərinlikdə 40 × 35 sm ölçülü çiy kərpiclərdən döşəmə, B kvadratında isə 92–93 sm dərinlikdə bişmiş qırmızı kərpicdən hörgü izləri qeydə alınıb. Ekspedisiya keramika nümunələrini, tikinti materiallarını və sümük qalıqlarını da aşkarlayaraq sənədləşdirib.
Təzəkənd abidəsini ilk dəfə 1936-cı ildə İ. P. Şeblıkin yerüstü kəşfiyyat zamanı qeydə alıb. Abidədə ilk sistemli tədqiqatları 1953–1957-ci illərdə A.A.İessenin rəhbərlik etdiyi Örənqala ekspedisiyası aparıb. Q.M.Əhmədovun 1957-ci ildə qoyduğu şurfda mədəni təbəqənin 3,5 metrədək davam etdiyi müəyyənləşdirilib. Əvvəlki tədqiqatlarda aşkarlanmış keramika və Oktavian Avqust dövrünə aid gümüş denarilər yaşayış yerində məskunlaşmanın e.ə. II–I əsrlərdən eramızın V–VII əsrlərinədək davam etdiyini göstərir.
A.A.İessen və Q.M.Əhmədov Təzəkənd abidəsini ilk orta əsrlərin Paytakaran şəhərinin qalıqları ilə eyniləşdiriblər. Bu elmi qənaəti yoxlamaq və aşkarlanmış tikililərin planını dəqiqləşdirmək üçün qazıntı sahəsinin şimal və qərb istiqamətlərində genişləndirilməsinə, yeni stratiqrafik və tarixləndirici materialların əldə olunmasına ehtiyac var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 25 Noyabr 2026 10:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















