Abşeronda qadın evinə bazarlıq edən sevgilisinə qayçı ilə xəsarətlər yetirdi
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Abşeron Rayon Məhkəməsində sevgilisinə qayçı ilə xəsarət yetirməkdə təqsirləndirilən Elfira Xankişiyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az-ın məlumatına görə, prosesdə məhkəmə qərar verib.
Qərara görə, E.Xankişiyevanın barəsində olan cinayət işinə xitam verilib.
İttihama görə, E.Xankişiyeva Rəcəb adlı şəxslə sevgili olub. Rəcəb Elfira üçün bazarlıq edib, onun evinə gəlib, məhsullar az olduğu üçün Elfira ona etiraz edib. Nəticədə sevgililər arasında mübahisə yaranıb. Bu vaxt Elviranın qızı onları ayırmaq istəyib. Rəcəb onun qızının qolundan tutub kənara itələyəndə Elfira Xankişiyeva evdən paltar qayçısını götürərək ona hücum edib. O, sevgilisinin bədəninin müxtəlif hissələrinə qayçı ilə zərbələr endirib.
Rəcəb məsələ ilə bağlı polisə məlumat verib.
Faktla bağlı cinayət işi başlanıb.
Aqil Vəlili
Baxış sayı:105
Bu xəbər 07 May 2025 18:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















