Abşeronun baş məşqçisi: NTD bizimlə oyuna çox ciddi hazırlaşırlar İdman və Biz
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
"İlk dövrənin son matçından sonra intensiz və faydalı məşq prosesimiz oldu".
İdman.biz xəbər verir ki, bunu "Abşeron" basketbol klubunun baş məşqçisi Erhan Toker deyib.
Klubun mətbuat xidmətinə açıqlama verən türkiyəli mütəxəssis NTD-yə qarşı keçirəcəkləri Azərbaycan Basketbol Liqasının VII turunun oyunu barədə danışıb:
"Komandanın son durumunu yaxşı dəyərləndirmək olar. İlk dövrənin son matçından sonra intensiz və faydalı məşq prosesimiz oldu. "NTD" ilə aramızda çox fərq yoxdur. 1 qələbə onlardan artıq qazanmışıq. Onların da bizim kimi son anlarda uduzduqları görüşlər oldu. NTD yaxşı komandadır və bizimlə oyuna çox ciddi hazırlaşırlar. İkinci dövrəyə qələbə ilə başlamaq istəyəcəklər. Matçın son anına qədər mübarizə dolu oyun olacaq".
Qeyd edək ki, "Abşeron" - NTD oyunu dekabrın 13-də, saat 15:00-da keçiriləcək.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 12 Dekabr 2024 20:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















