Abşeronun baş məşqçisi: Təəssüf ki, bu günkü məğlubiyyət çox acı idi
Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.
Təəssüf ki, bu günkü məğlubiyyət çox acı idi.
"Report"un məlumatına görə, bunu "Abşeron" klubunun baş məşqçisi Erhan Toker "Naxçıvan"a qarşı Azərbaycan Basketbol Liqasının IV turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Türkiyəli mütəxəssis məğlub olduqları görüş barədə danışıb:
"Oyun üslubumuzu inkişaf etdirmişik. İlk dövrələrdə bunu sübut etdik. Yaxşı oyun sərgilədik. Rəqib komanda sərt oynamağa başlayanda biz öz oyun üslubumuzu itirdik. Çünki görüşün baş hakimi qayda pozuntuları zamanı matçı saxlamırdı. Təəssüf ki, bu günkü məğlubiyyət çox acı idi. Qalib gələ biləcəyimiz qarşılaşmanı uduzduq. Bəzi legioner oyunçularımızın yetəri qədər təcrübəsi yoxdur. Bu isə biz məşqçilərin işidir. Onları inkişaf etdirmək və lazımı səviyyəyə çatdırmalıyıq. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm".
Qeyd edək ki, "Abşeron" - "Naxçıvan" qarşılaşması ikincilərin 72:68 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 26 Noyabr 2024 22:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















