Abşeronun bəzi yerlərinə leysan yağır FAKTİKİ HAVA Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti davam edir, saat 13:00-a olan məlumata əsasən hazırda yarımadanın bəzi yerlərində yağıntılar leysan xarakterlidir.
AZXEBER.COM xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
G.Məmmədova qeyd edib ki, müşahidə olunan leysan xarakterli yağışın fasilələrlə dekabrın 4-ü səhərədək davam edəcəyi gözlənilir.
Baxış sayı:52
Mənbə:https://azxeber.com