Abşeronun tarixi memarlıq abidəsi: Şəmsi Əsədullayevin bağ evi FOTOREPORTAJ
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
Mərdəkan qəsəbəsində yerləşən Şəmsi Əsədullayevin bağ evi XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakının neft bumu dövrünün ən möhtəşəm memarlıq nümunələrindən biridir.
Moderator.az PhotoStock.az-a istinadən xəbər verir ki, 1897-1901-ci illərdə inşa edilən bağ evi vaxtilə Bakı milyonçusu Şəmsi Əsədullayevə məxsus olub.
Təxminən 15 hektarlıq ərazini əhatə edən mülk böyüklüyünə görə dövrün Nobelin, Muxtarovun və Tağıyevin villalarını belə geridə qoyurdu. Kompleks geniş parkı, iki monumental giriş qapısı, uzun ağcaqovaq xiyabanları və mərkəzində yerləşən 35 metr diametrli hovuzu ilə seçilirdi. Villanın memarlığında Abşeronun təbii iqlim şəraiti nəzərə alınıb.
Güclü küləklər və qum fırtınalarından qorunmaq üçün hovuzlar xüsusi üsulla inşa edilib. Üçmərtəbəli əsas bina park mənzərəsinə, ikimərtəbəli korpus isə Xəzər dənizinə istiqamətlənib. Daş sütunlar, şüşə qalereyalar və zərif memarlıq elementləri bağ evinə xüsusi gözəllik bəxş edir. Bu tarixi kompleks bu gün də Azərbaycanın memarlıq irsinin ən dəyərli nümunələrindən biri hesab olunur.



Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 04 Avqust 2026 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















