Fernandeş Poçettinonun “Mançester Yunayted”ə uğur qazandıracağına inanır
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
İngiltərənin “Mançester Yunayted” futbol klubunun kapitanı Brunu Fernandeş komandanın yeni baş məşqçisi Maurisio Poçettinonun işi barədə fikirlərini bölüşüb.
İdman.Biz “TNT Sports”a istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi argentinalı mütəxəssislə futbola baxışlarının üst-üstə düşdüyünü vurğulayıb.
Fernandeş Poçettinonu təcrübəli, ehtiraslı və enerjili məşqçi kimi xarakterizə edib. Onun sözlərinə görə, argentinalı mütəxəssis daim qələbə qazanmağa və özünü təkmilləşdirməyə çalışır.
Komandanın kapitanı hesab edir ki, futbolçular və məşqçilər uğurlu nəticələrə qayıtmaq üçün düzgün balans tapmalı, baş məşqçinin ideyalarını həyata keçirməlidirlər.
Fernandeş, həmçinin məşqçi dəyişikliyindən sonra futbolçuların öz çıxışlarını təhlil etməli, həm fərdi, həm də komanda şəklində inkişaf etməyə çalışmalı olduqlarını qeyd edib.
Portuqaliyalı yarımmüdafiəçi cari mövsümdə “Mançester Yunayted”in heyətində altı qol vurub və üç məhsuldar ötürmə edib. Lakin Poçettinonun rəhbərliyi altında hələ məhsuldar göstərici ilə yadda qalmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 25 Noyabr 2026 21:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















