Icma.az
close
up
RU
ABŞın Azərbaycanla bağlı məxfi planı üzə çıxdı SENSASİYA

ABŞın Azərbaycanla bağlı məxfi planı üzə çıxdı SENSASİYA

Bizim media saytına istinadən Icma.az xəbər verir.

ABŞ Dövlət Departamenti torpaq alqı-satqısı ilə bağlı münaqişəyə görə saxlanılan və dələduzluq, xuliqanlıq maddələri ilə haqqında cinayət işi açılan Rüfət Səfərova görə “dərin narahatlıq” keçirdiklərini bəyan edib. Dövlət Departamenti bildirir ki, “məsələni yaxından izləyirlər”. Bu bəyanat qəribə paradoks yaradır: ABŞ xarici siyasət idarəsinin işi-gücü bitib ki, Azərbaycanda torpaq alqı-satqısına görə baş vermiş məişət hadisəsini izləyir və buna görə “dərin narahatlıq” keçirir?!
Aydındır ki, Bayden Administrasiyası üçün məsələ torpaq alqı-satqısı yox, Rüfət Səfərovun saxlanılmasıdır. Onlar üçün maraqlı deyil ki, Rüfət Səfərov hansı qanunu pozub, əgər saxlanılıbsa, deməli “düz edib”.
Qərb siyasətində digər ölkələrə münasibətdə belə yanaşma artıq adət halını alıb. Lakin yenə də sual yaranır: Rüfət Səfərov ABŞ kimi böyük dövlətin xarici siyasət idarəsi üçün niyə bu qədər əhəmiyyətli olmalıdır?
Axı “hüquq müdafiəçisi” adı altında çalışan bu şəxsin ən böyük fəaliyyəti sosial şəbəkələrdə post paylaşmaq və bunu qrant verən təşkilatlarına gördüyü iş olaraq göndərməkdən ibarətdir.
Maraqlıdır ki, Dövlət Departamenti Rüfət Səfərovu “insan haqları sahəsindəki fəaliyyətinə görə” mükafata layiq görülüb. Rüfət Səfərov bu mükafatı almaq üçün ABŞ-a gedəcəkmiş və mükafatı ona dövlət katibi Entoni Blinken təqdim edəcəkmiş. Bu məqam artıq çox şeydən xəbər verir.


Çünki Rüfət Səfərovu ölkədə atası Eldar Sabiroğluna görə tanıyırlar, onun nəinki “insan haqları sahəsində” fəaliyyəti, ümumiyyətlə normal ictimai fəaliyyəti belə yoxdur. Buna rəğmən, ABŞ Dövlət Departamentinin onu mükafatlandırması və mükafatı Blinkenin təqdim edəcəyi təsadüfi deyil.


ABŞ-ın “yeni sima” axtarışı...


Azərbaycan siyasətində Prezident İlham Əliyevin alternativi olmadığı hər kəs tərəfindən qəbul edilən həqiqətdir. Vətən müharibəsindəki tarixi qələbədən sonra bu reallıq bir qədər də gücləndi. Sirr deyil ki, ölkənin siyasi düşərgəsində mövcud olan qüvvələrin heç biri Prezident İlham Əliyevə opponentlik belə edə bilməz. Buna görə Bayden Administrasiyası öz kəşfiyyat orqanları və Azərbaycandakı səfirliyinə alternativ təkliflər hazırlamağı tapşırıb. Məqsəd ölkədə yeni “siyasi fiqur”ların tapılması və hazırlanmasıdır.
Rüfət Səfərov ABŞ tərəfindən irəli sürülən “yeni sima”lardan biridir.
Vaxtilə ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Bəxtiyar Hacıyevi ənənəvi müxalifətə alternativ kimi irəli sürmüşdü, indi görünür, Blinken “yeni sima” planını Rüfət Səfərov üzərindən etməyi planlaşdırıbmış.
Lakin bir sual açıq qalır, niyə məhz Rüfət Səfərov?
Bunun səbəbləri daha dərindədir. Belə ki, Rüfət Səfərovun Qərblə münasibətlərinin tarixi onun hələ Səfər Əbiyevin müdafiə naziri olduğu dövrlərə gedib çıxır. O zaman nazirlikdə mətbuat xidmətinə rəhbərlik edən atası Eldar Sabiroğlu Səfər Əbiyevin yaxın adamı sayılırdı. Səfər Əbiyevi Rusiyaya yaxın adam kimi təqdim etsələr də, əslində o, Qərblə yaxın təmas qurmuşdu.
Azərbaycan Ordusunun güclənməsinə və Ermənistan ordusunu üstələməsinə imkan verməyən Səfər Əbiyev Qərbin bəzi dairələrindən aldığı təlimatlar əsasında işləyirdi. Təsadüfi deyil ki, vəzifədən çıxarıldıqdan sonra Səfər Əbiyev məhz Şərqi Avropada Vaşinqtonun əsas kəşfiyyat bazası hesab edilən Çexiyaya üz tutdu və deyilənə görə, bu ölkənin vətəndaşlığını da alıb.
Səfər Əbiyev vəzifədə olarkən Eldar Sabiroğlunun oğlu Rüfət Səfərovu prokurorluq orqanlarına daxil edə bilmişdi. Çünki Səfər Əbiyevin ən çox çəkindiyi orqan prokuroqluq idi. Görünür, sabiq müdafiə naziri öz adamlarını sistemə daxil etməklə “əlini gücləndirməyə” çalışırmış.
Rüfət Səfərovun Bayden Administrasiyasının diqqətini cəlb etməsinin səbəblərindən biri də məhz budur.
Məxfi görüş və alt-üst olan planlar...
Mediada yayılan məlumatlara görə, son vaxtlar ABŞ kəşfiyyat xidmətləri və Azərbaycandakı səfirliyin məsləhətləşmələrindən sonra Rüfət Səfərova xüsusi diqqət göstərmək qərara alınıb və onun siyasi portretinin hazırlanmasına başlanılıb. Rüfət Səfərovun xarizmatik lider xüsusiyyətlərinin, arxasınca kütləni aparacaq gücünün olmaması, pula meylliliyi, impulsivliyi və s. baxmayaraq, “pislər arasında ən yaxşısı” seçimi edilib və ona “stavka” etmək qərara alınıb.
Rüfət Səfərovla bağlı qərar verildikdən sonra isə ABŞ səfirliyinin əməkdaşları ilə onun görüşləri xüsusi məxfi şəraitdə olub, hətta, ona adi mobil telefondan istifadə qadağan edilib və xüsusi rabitə imkanı yaradılıb, böyük həcmdə maliyyə ayrılıb.
 

Rüfət Səfərovun “geniş publikaya təqdimatı” ABŞ-da Blinkenin şəxsən ona mükafat təqdim etməsi ilə olmalı idi. Etibarı mənbənin dediyinə görə, Rüfət Səfərova hələlik hökumətlə konfrantasiyaya getməmək tapşırığı verilmişdi. Çünki plana görə, Bayden Administrasiyasının mükafatından sonra o “daha güclü” olacaqdı və Dövlət Departamenti ona tam dəstək verəcəkdi.


Bundan sonra onun ətrafında “əfsanə” hazırlanmalı, siyasi portreti, informasiya dəstəyi, maliyyə sxemləri işə salınmalı idi. Lakin görünür ki, bu seçimi edənlər Rüfət Səfərovun dələduzluq mahiyyətini tam nəzərə almayıb. Belə demək mümkünsə, Bayden Administrasiyasının Rüfət Səfərovun bağlı qurduğu planlar alt-üst oldu. ABŞ Dövlət Departamentinin Rüfət Səfərovun saxlanılması isterik reaksiyası da bundan qaynaqlanır. (demokrat.az)
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://bizim.media
archiveBu xəbər 05 Dekabr 2024 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri