ABŞnin ilk şəhəri prezident seçkilərinin nəticələrini açıqladı Yeni Çağ Media
Yenicag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Amerika Birləşmiş Ştatlarının şimal-şərqində yerləşən Dixville Notch şəhərinin sakinləri 1960-cı ildən formalaşan ənənəyə uyğun olaraq, ABŞ-də ilk dəfə olaraq burada seçki məntəqəsi açılan prezident seçkilərində ilk olaraq səs verib.
Yenicag.az xəbər verir ki,bu barədə TASS məlumat yayıb.
Qeyd olunur ki, səsvermə başlayandan cəmi bir neçə dəqiqə sonra başa çatıb, çünki orada cəmi altı seçici var. Respublikaçı namizəd Donald Tramp və onun rəqibi Kamala Harris bərabər sayda – hərəyə üç səs toplayıb.
Dixville Notchdə səsvermə yerli vaxtla saat 0:00-da başlayıb. Seçki məntəqəsi ənənəvi olaraq sözügedən şəhərdəki Balsams Hoteldir.
Məhz orada “The Balsams Hotel” 1960-cı ildə gecə yarısı səsvermə təşkil edib. Müvafiq qərar səsvermənin nəticələrini tez əldə etməyə imkan verib. O vaxtdan bəri, Dixville Notch ABŞ-də seçkilərin ilk nəticələrini göstərən bölgə kimi tanınır.
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 05 Noyabr 2024 10:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















