Icma.az
close
up
RU
ABŞTürkiyə münasibətlərində gərginlik: Ankara Kremllə nəyi müzakirə edir?

ABŞTürkiyə münasibətlərində gərginlik: Ankara Kremllə nəyi müzakirə edir?

Sitat.info saytına istinadən Icma.az xəbər verir.

"Türkiyə və Rusiya xarici işlər nazirləri Hakan Fidanla Sergey Lavrov arasında telefon danışığından bir gün sonra bu iki ölkənin lideri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin də telefonla danışıblar. Ankara ilə Moskva arasında telefon diplomatiyası beynəlxalq münasibətlərdə artan gərginliklə bağlıdır".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Türkiyə NATO ölkəsidir və buna görə də Ankara əmin olmaq istəyir ki, Kreml Ukraynaya raketlər ötürən Qərb ölkələrini hədələyərkən dostu düşməndən ayıracaq: " Ankaranın Moskva ilə təmasları həm də xarici siyasətin şaxələndirilməsi ilə bağlıdır. Rəcəb Tayyib Ərdoğan Ağ Evin gələcək sahibi Donald Trampdan ABŞ qoşunlarını Suriyadan çəkməsini və PKK-ya bağlı güclərə dəstəkdən imtina etməsini istəyir. Tramp birinci Prezidentliyi dövründə Ərdoğanın bu istəklərini yerinə yetirəcəyini vəd etmişdi, ancaq Ağ Ev sahibinin ətrafı buna imkan vermədi".

Politoloq hesab edir ki, Ərdoğan Trampın illər əvvəl verdiyi vədi bu dəfə yerinə yetirəcəyinə ümid etmək istəyir: " Ancaq Trampın andiçmə mərasiminə PKK-nın Suriya qanadının rəhbərliyinin dəvət edilməsi barədə xəbərin yayılması Vaşinqtonun Ankaraya xoş olmayan mesajıdır. Belə olan halda Ankara alternativləri hərəkətə gətirməyə qərar verib. Bu alternativlərdən biri də Ankaranın Moskva ilə telefon diplomatiyasını genişləndirməsidir".

Məğrur,

Sitat.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://sitat.info
archiveBu xəbər 25 Noyabr 2024 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri