Icma.az
close
up
RU
“ABUTALIBOV DEDİ Kİ, MEHDİYEVLƏ ARANI DÜZƏLTMƏSƏN... Məhkəmə qətnaməsi mənim üçün kağız parçasıdır”

“ABUTALIBOV DEDİ Kİ, MEHDİYEVLƏ ARANI DÜZƏLTMƏSƏN... Məhkəmə qətnaməsi mənim üçün kağız parçasıdır”

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Nə Rasim Balayevin, nə Şəfiqə Məmmədovanın kinoya dəxli var"

“İllərdir kinonu niyə bu günə qoyular? Bütün MDB ölkələrində Kinostudiyanı bərpa ediblər. Peşəkar kino ilə məşğul olan insanlar var, prosesdəki problemləri bilirlər, niyə onlar kənarda qalıb?”

Bu sözləri Lent.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudov deyib.

Onun sözlərinə görə, aidiyyəti olmayan insanlar kinoya rəhbərlik edirlər:

“Ömrünü kinoya verən adamlar haradadır? 81 illik ömrünün 64 ilini kinoya sərf edən, Şeyx Əbdül kimi xahiş edirəm, məsul şəxslər bu işlə məşğul olsun. Bu gün kino ictimaiyyətində olanlar var, onlar yığılmalıdır. Yaltaqlar, məddahlar, kino ilə özünə karyera quranlar, uşaqlarına vəzifə alanlar yox, kino eşqiylə yaşayanlar yığılıb kinoya bir gün ağlamalıdır. Kimsə qohum-əqrəbasına yer tapmır, gətirib atırlar Kinostudiyaya. Artistlər kino adamı deyil. Nə Rasim Balayevin, nə Şəfiqə Məmmədovanın kinoya dəxli var. Onlar kinonun daxili problemlərini bilmirlər. Gəlib filmlərinə çəkilib gedirlər. Şəfiqə xanım 40 ildir Kinostudiyanın qapısın tanımır”.

Xalq artisti həmçinin Prezident Aparatının sabiq rəhbəri Ramiz Mehdiyevlə arasındakı konflikdən də danışıb.

“Əli Həsənov bizi Prezident Aparatına çağırdı. Dedi ki, Kinematoqrafçılar İttifaqını bərpa eləmək lazımdır, prezidentin tapşırığı var. Dedi, sədr olaraq kimi görürsən? Dedim, Eldar Quliyevi, Oqtay Mirqasımovu, Cəmil Quliyevi. Məni soruşdu, dedim, yox mən kino çəkənəm. 1 ay keçmişdi ki, eşitdik, Şəfiqə Məmmədova İttifaqa sədr seçilib. Kinoya xəyanət birinci oradan başladı. Ramiz Mehdiyevgilin bir xəyanəti də mənimlə bağlıdır. O vaxt "Qan yaddaşımız: Tarixi erməni yalanları" adlı bir veriliş aparırdım. Məni çağırdılar ki, veriliş dayandırılmalıdır, qarışıqlıq yaradırsan. Axırda məni işdən çıxardılar, verilişi də dayandırdılar. Ramiz Mehdiyevin təşəbbüsü ilə oldu bu.

Növbəti məsələ də yenə mənə dəydi. Evimi uçurub yerində park salıblar. Hacıbala Abutalıbov kimi bir şoumen mənə dedi ki, Ramiz Mehdiyevlə aranı düzəltməsən, onun dediklərini eləməsən, sənin evini verə bilmərəm. Dedim, əlimdə məhkəmə qətnaməsi var. Dedi, məhkəmə qətnaməsi mənim üçün kağız parçasıdır. Ramiz Mehdiyev nə desə, onu edəcəm. Amma bu gün bunların yox, kinonun davasını edirəm”.

Qeyd edək ki, Xalq artisti səhhətində yaranan ciddi problemlər səbəbilə xəstəxanaya yerləşdirilib. Sənətkarın səhhəti həkim nəzarəti altındadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 Oktyabr 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri