Icma.az
close
up
RU
Abxaziya parlamenti Rusiya ilə investisiya razılaşmasını təsdiqləməyib

Abxaziya parlamenti Rusiya ilə investisiya razılaşmasını təsdiqləməyib

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gürcüstanın bölücü Abxaziya bölgəsinin parlamenti Rusiyanın investisiyalara dair razılaşmasını ratifikasiya etməyib.

Gununsesi.info xəbər verir ki, deputatlar dekabrın 3-də, parlamentin növbədənkənar iclasında buna qərar veriblər. Parlament binası önünə toplaşan müxalifətçilər razılaşmanın Abxaziyanı köləyə çevirəcəyini bildirsələr də, Rusiyanın əleyhinə olmadıqlarını da vurğulayıblar.

“Bu razılaşmanın təbliğatçıları var – istefa verən prezident və iqtisadiyyat naziri”, -müxalif deputat Kan Kvarçiyanın sözləridir. O, iqtisadiyyat nazirinin səriştəlilik səviyyəsini deputatların müzakirəyə çıxaracağını da deyib.

Noyabrın 15-də bölgənin paytaxtı Suxumidə etirazçılar yerli parlamentə və prezident administrasiyasına basqın ediblər. İzdiham Moskva ilə qalmaqallı sərmayə razılaşmasının ləğvinə çağırıblar.

“Milli maraqların birbaşa təslim edilməsi”

Bölgə rəhbərləri sözügedən razılaşmanın yerli iqtisadiyyatın inkişafına təkan verəcəyini söyləyiblər. Müxalifətsə onun rusiyalı sərmayəçilərə əsassız üstünlüklər qazandıracağından razılaşmanı “milli maraqların birbaşa təslimi” adlandırıb.

Nəticədə Abxaziya lideri Aslan Bjaniya inzibati binaları tərk etmələri şərtiylə müxalifətin istefa tələbini qəbul edib.

Razılaşmanın rəddi və siyasi böhran Abxaziyanın Rusiya ilə münasibətlərini ehtiyatla balanslaşdırmalı olduğunu göstərir. Kreml bölgəyə əsaslı iqtisadi və hərbi dəstək göstərsə də, müxalifət və əhalinin bir bölümü müstəqilliyin itirilməsindən ehtiyatlanaraq Rusiyadan güclü asılılıqdan çəkinir.

Gələn il fevralın 15-nə – Abxaziyada növbədənkənar prezident seçkisinədək vitse-prezident Badra Qunba bölgəyə rəhbərliyi öz üzərinə götürüb. Parlamentin keçmiş spikeri Valeri Bqanba de-fakto baş nazir təyin edilib.

Siyasi böhranın sürməsi Abxaziya rəhbərliyi daxilindəki parçalanmaların əlamətidir. Müxalifətin ictimai narazılığı yayması və Bjaniyanı istefaya məcbur etməsi idarəetmə və xarici siyasət məsələlərində indiki administrasiyadan narazılığın artdığını göstərir.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 Dekabr 2024 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see257

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see227

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see225

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see214

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see206

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see199

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see175

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see162

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see153

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see151

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see150

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri