Icma.az
close
up
RU
® Acarıstan Muxtar Respublikasının hökumətinin sədrinə “Caspian Business Award” təqdim olunub

® Acarıstan Muxtar Respublikasının hökumətinin sədrinə “Caspian Business Award” təqdim olunub

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2025-ci il sentyabrın 4-də Batumi şəhərinə “Caspian Energy Club” nümayəndə heyətinin işgüzar səfəri baş tutub. Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.

“Caspian Energy Club”ın 50 ölkədən 3700-dən çox sahibkar və iş adamı arasında keçirdiyi qlobal sorğunun nəticələrinə əsasən, Acarıstan Muxtar Respublikasına “Turizm Sektoruna İnvestisiya Üçün Ən Yaxşı Region” nominasiyası üzrə “Caspian Business Award” beynəlxalq mükafatı təqdim olunub.

Mükafat Acarıstan Muxtar Respublikasının hökumətinin sədri Sulxan Tamazaşviliyə təqdim olunub. Tədbirdə, həmçinin Acarıstan Muxtar Respublikasının maliyyə və iqtisadiyyat naziri Ednar Nataridze də iştirak edib.

Qeyd edək ki, sorğunun əsas məqsədi Orta Dəhliz boyunca yerləşən səkkiz ölkənin 200-dən çox region və vilayətində investisiya potensialını araşdırmaq, investisiya üçün ən cəlbedici əraziləri müəyyənləşdirmək və eyni zamanda, bu regionlarda beynəlxalq biznesin inkişaf perspektivlərini obyektiv qiymətləndirməkdir. Onu da xatırladaq ki, 20 il ərzində hər il keçirilən sorğunun nəticələri potensial investorlara investisiya qərarlarının qəbulu üçün təqdim olunub. Bu ildən etibarən isə ən çox səs toplayan region və vilayət rəhbərlərinə “Caspian Business Award” beynəlxalq mükafatı təqdim olunacaq.

Mükafatın rəmzi – tərəqqini, çətinliklərin dəf edilməsini və uğura gedən yolun əsasını təşkil edən lider komandanın işini əks etdirən yelkənli gəmidir. Bu rəmz həm inkişafı, həm də kollektiv əməkdaşlığın gücünü simvolizə edir.

“Caspian Business Award” beynəlxalq mükafatı bu ilin sonuna qədər Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkiyə, Türkmənistanın region rəhbərlərinə təqdim ediləcək.

“Caspian Energy Holding” haqqında qısa məlumat “Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında fəaliyyət göstərən bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz" ekosistemi daxilində birləşdirmək məqsədilə təsis edilib. "Milli.Biz" ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq.

“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir:

∙ “Caspian Energy Club”

∙ “Caspian Energy Club International”

∙ “Caspian Energy EXIFOR Group”

∙ “Caspian Energy International Media Group”

∙ “Award Organizers Group”

∙ “Caspian Energy Research Group”

∙ “Caspian Energy Entertainment Group”

∙ “Caspian Energy Jobs Group”

“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hazırda mövcud olan bütün xidmətlərlə yanaşı, hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.

2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır.

“Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılıb. Bu strukturun nəzdində idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.

2004-cü ildən “Caspian Energy Club”ın dəstəyi ilə fəaliyyət göstərən “Award Organizers Group” dünyanın 12 ölkəsində “Caspian Energy Award”, “Caspian Business Award”, “Brand Award”, “CEO Award” və digər milli və beynəlxalq mükafatların təqdimat mərasimlərinin və müsabiqələrinin təşkilatçısıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Sentyabr 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri