Icma.az
close
up
RU
AccessBank ötən il 54 milyon manat xalis mənfəət əldə edib Hesabat

AccessBank ötən il 54 milyon manat xalis mənfəət əldə edib Hesabat

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Mikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2024-cü il üzrə maliyyə nəticələrini açıqlayıb.

Bank, 2024-cü il nəticələrinə görə 54.1 milyon manat xalis mənfəət əldə edib. Eyni göstərici 2023-cü ildə 39.8 milyon manat təşkil edib. Nəticədə, Bankın kapital dayanıqlığı göstəricisi daha da möhkəmlənmiş və məcmu kapitalı ötən illə müqayisədə 29% və ya 41.5 milyon manat artaraq 185 milyon manata yüksəlmişdir ki, bu da requlyativ tələbdən 3.7 dəfə çoxdur.

Sözügedən artımın drayverləri kimi kredit portfelinin, xüsusən biznes kreditlərinin artımı, depozitorların banka inamının artması, habelə yeni beynəlxalq kreditlərin cəlb edilməsi qeyd oluna bilər. Belə ki, ötən il ərzində:

Kredit portfeli 13.6% və ya 137.8 milyon manat artıb və hesabat dövrünün sonuna cəmi kredit portfeli 1 151.5 milyon manat təşkil edib. Kredit portfelinin 78.3%-i biznesə ayrılmış kreditlər təşkil edir ki, biznes portfelinin həcmi 901.9 milyon manatdır. Hesabat dövrü ərzində biznes portfeli 15.6% və ya 121.8 milyon manat artıb. İl ərzində verilmiş biznes kreditlərinin 59.5%-i regionların payına düşür. Depozit portfelinin həcmi 1 milyard manatdan yüksəkdir və 2024-cü ilin sonuna 1 026.5 milyon manat təşkil edir. AccessBank 2024-cü ildə beynəlxalq nüfuzlu xarici kreditorlardan 73.1 milyon manat həcmində kredit cəlb etmişdir. Bankın aktivləri 1.5 milyard manata çatır, bu da 2023-cü illə müqayisəsədə 6.7% çoxdur. Faiz gəlirləri 2023-cü il ilə müqayisədə 14.9% artaraq 224.4 milyon manat təşkil edib. Xalis faiz gəlirləri isə 2023-cü il ilə müqayisədə 18.2 milyon artaraq 140.2 milyon manata yüksəlib. Qeyri-faiz gəlirləri 18.1 milyon manat təşkil edir. Xalis əməliyyat mənfəəti 2024-cü ildə 69.1 milyon manata çatıb. 2023-cü ildə eyni göstərici 56.3 milyon manat təşkil edib. Bankın likvidlik mövqeyi dayanıqlıdır və likvidlik əmsalı 70.6% təşkil edir ki, bu da AMB-ın tələb etdiyi minimum normadan 2.4 dəfə yüksəkdir. Ətraflı məlumat əldə etmək üçün: https://bit.ly/423QT61
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:297
embedMənbə:https://apa.az
archiveBu xəbər 15 Yanvar 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri