Icma.az
close
up
RU
AÇG ə bu il 365 mln. dollardan artıq vəsait xərclənib

AÇG ə bu il 365 mln. dollardan artıq vəsait xərclənib

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu ilin birinci rübü ərzində “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları bloku (AÇG) üzrə fəaliyyətlərə təqribən 366 mln. ABŞ dolları xərclənib.

Bu barədə “APA-Economics” BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin üçüncü rübünün nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, 2025-ci ilin birinci rübü ərzində AÇG üzrə fəaliyyətlərə təqribən 115 milyon dollar əməliyyat məsrəfləri və 251 milyon dollar əsaslı məsrəflər xərclənib.

“AÇG yatağında aparılan 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik 5-illik tədqiqat proqramı çərçivəsində 2024-cü ildə əldə olunmuş seysmik məlumatların emalı və mayda başlanması nəzərdə tutulan növbəti məlumat toplanması işlərinə - ikinci il üçün proqrama, hazırlıq birinci rüb ərzində davam edib”, - hesabatda bildirilir.

Qeyd olunur ki, 2025-ci ilin ilk üç ayında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. Rüb üçün AÇG-dən ümumi hasilat – “Çıraq” (21 000), “Mərkəzi Azəri” (87 000), “Qərbi Azəri” (76 000), “Şərqi Azəri” (43 000), “Dərinsulu Günəşli” (54 000), Qərbi Çıraq (25 000) və ACE (25 000) platformalarından birlikdə – gündə orta hesabla 331 000 barel və ya ümumilikdə təxminən 30 milyon barel, yəni 4 milyon ton olub.

Rübün sonunda AÇG-də ümumilikdə 145 neft hasilatı quyusu, 44 su injektoru quyusu və 8 qaz injektoru quyusu istismarda olub.

Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 31,65%, MOL – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,92%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı idi (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaş şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzaladılar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://apa.az
archiveBu xəbər 01 May 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see347

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see331

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see331

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see311

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see308

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see294

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see257

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see251

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see240

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see226

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see217

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see205

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see200

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see197

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see188

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see186

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see184

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see182

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see176

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri