Icma.az
close
up
RU
“Açıq saçıq geyinib, orasını burasını reklam edənləri, sevgililərini qabağa çəkirlər”

“Açıq saçıq geyinib, orasını burasını reklam edənləri, sevgililərini qabağa çəkirlər”

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Xristian olduğumu deyəndən sonra məni film və seriallara çəkmədilər”

“Kim-kiminlə dostdursa, sevgilidirsə, münasibəti varsa, bir neçə layihədə işləyibsə, bütün layihələrində də eyni adamları çəkir. Başqa aktyor-aktrisalara müraciət etmirlər. Tamaşaçıların da fikri yayınmır. Mən əgər bu gün mənfi obrazda oynamışamsa, sabah yenidən məni mənfi obrazda göstərmək lazım deyil. Mən obrazdan çıxa bilmirəm. Bir aktyora bir dəfə mənfi rol verəndə, bir dəfə də müsbət rol vermək lazımdır. Aktrisa var ki, bütün seriallarda ağlayır, zırlayır. Eyni oyun tərzi, eyni reaksiya, eyni emosiya.. Orada adı Dilbər idisə, burada adı Əfsanədir. Vəssalam! Nizami kinoteatrının qarşısından keçəndə görmədim ki, bir maraqlı film olsun ki, tamaşaçı axını gedib baxsın. Adi “Qızqaçırtma” filmimizə bir dəfə baxan tamaşaçı yenə də gedib baxırdı. O qədər axın var idi ki. Bu dəqiqə tanışlıq, dostluq önəm daşıyır. Ona görə də keyfiyyətli işlər ortada yoxdur. Tamaşaçını da başa düşürəm ki, niyə görə filmlərə, seriallara baxmır. Çünki onları cəlb edən nəsə görmürlər”

News24.az Moderator.az-a istinadən açıqlamasında aktrisa Nəzakət Məmmədova deyib. O daha sonra bəzi efirlərdəki biyabırçılıqdan danışıb:

“Bu dəqiqə sənət heç kimə lazım deyil ki. Səsi olmayan oxuyur, reklamı olan filmə çəkilir. Açıq-saçıq geyinib, orasını-burasını reklam edənləri bütün toylara çağırırlar. Baxmayaraq ki, ailə məclislərinə gedirlər, amma yenə də vulqar və açıq-saçıq geyinirlər. Bizim problemimiz ondadır ki, biz onları məşhurlaşdırırıq. Onları heç kim bəyənməsə, efirlərə çağırmasa əlbəttə ki, populyarlaşmayacaqlar. Bu gün məni efirlərə dəvət edəndə soruşuram ki, məndən başqa kim olacaq? Özümü yuxarıdan aparmıram, amma son zamanlar ki, bayağı müğənnilər, aktrisalar artdı, mən də soruşmağa məcbur qaldım” deyə aktrisa bildirib.

Aktrisa bildirib ki, rejissorların onu film və seriallara çəkməməsinin səbəbi var:

“Mən Xristian olduğumu efir vasitəsilə dedim. Bu da yəqin ki, bəzilərinin xoşuna gəlmədi. Baxmayaraq ki, bizim ölkəmiz tolerant ölkədir və imanımız, dinimiz azaddır. Bir çoxlarının gözü bunu götürmədi və məni bir çox yerlərə çağırmadılar. Hətta qulağıma da çatdı.. Mən də tək var olan Allaha itaət edirəm. Bu heç vecimə də deyil. Əqidəm budur. Ruzini verən rejissor, prodüsser deyil, Allahdır” deyə o bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://news24.az
archiveBu xəbər 13 Aprel 2025 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see464

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see286

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see214

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see206

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see202

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see199

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see184

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see169

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see155

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see147

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see147

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see144

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see139

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see139

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see138

Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər

28 Yanvar 2026 04:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri