Açıq sınıqlar: Nə üçün dərhal əməliyyat olunmalıdır?
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Açıq sınıqlar təcili əməliyyat göstərişidir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun baş həkimi Nizami Məmmədov canlı yayımda məlumat verib.
Onun sözlərinə görə, açıq sınıqlar ətraf mühitlə birbaşa təmasda olduğundan, təcili əməliyyat zamanı sınığı qapalı hala gətirmək məqsədilə müdaxilə edilir.
Baş həkim həmçinin qeyd edib ki, ciddi qanaxmalar və damar zədələnməsi ilə müşayiət olunan travmalar da əməliyyat tələb edir.
“Qarın boşluğu travmaları da həyati təhlükə yaradan travmalar sırasındadır və təcili müdaxilə zəruridir”, – deyə Nizami Məmmədov vurğulayıb.
Mina Mikayılova

Onurğa yırtıqları nə vaxt əməliyyat olunmalıdır?
28 Fevral 2025 17:37
Mirkamil yenidən ürəyindən əməliyyat olunmalıdır
27 Mart 2025 18:54
Yeddi yaşlı Yunis yenidən əməliyyat olunmalıdır: Nə yemək yeyir, nə su içir
30 Dekabr 2024 11:21
Bir yaşlı Əsəd təcili əməliyyat olunmalıdır
23 Dekabr 2024 10:54

