Icma.az
close
up
RU
“ACWA Power” Xəzər dənizinin suyunu duzsuzlaşdıracaq

“ACWA Power” Xəzər dənizinin suyunu duzsuzlaşdıracaq

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Zavodun 2028-ci ildə istismara veriləcəyi gözlənilir

Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodunun tam istismara verilməsi 2028-ci ilin yekununa planlaşdırılır. Bu barədə zavodun tikintisi layihəsində Azərbaycanın əsas tərəfdaşı olan Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin baş direktoru Marko Arçelli bildirib. O, qeyd edib ki, şirkətin indiyə qədər yatırdığı investisiyanın məbləği 1,5 milyard Səudiyyə rialı təşkil edib ki, bu da 679,95 milyon manat və ya 407 milyon dollar deməkdir. Layihə üzrə sərmayə planlarını davam etdirəcək “ACWA Power” qarşıdakı 3 ildə əlavə kapital yatırılmaları da edəcək ki, zavodun investisiya dəyəri 1 milyard dolları ötmüş olacaq.

Qeyd edək ki, layihə Sumqayıt Kimya Sənaye Parkının ərazisində gündəlik gücü 300 min kubmetr olan dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisini nəzərdə tutur. “ACWA Power” zavodun inşasında Türkiyənin “IC İçtaş İnşaat” şirkəti ilə yaxından partnyorluq edir.   Sazişin şərtlərinə görə, layihənin icra müddəti 27,5 il təşkil edəcək, bu müddət bitdikdən sonra obyektin idarəçiliyi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə veriləcək.

Sumqayıt Sənaye Parkında  nəhəng istehsal sahəsi

Dəniz suyunun duzsuzlaşdırılması layihəsi İqtisadiyyat Nazirliyi tərəfindən dövlət-özəl tərəfdaşlığı çərçivəsində ölkəmizdə icrası nəzərdə tutulan ilk pilot layihədir. Layihə çərçivəsində Sumqayıt Sənaye Parkında tikiləcək zavodda dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı həyata keçiriləcək. Gündəlik 300 min kubmetr məhsuldarlığa malik layihə Abşeron yarımadasının içməli suya artan tələbatını təmin etmək, şirin su mənbələrini şaxələndirmək məqsədi daşıyır. Əsas hədəf dövlətin içməli su təchizatında yükünü azaltmaq, bu sahədə beynəlxalq təcrübəni və texnologiya transferini stimullaşdırmaq, iqtisadiyyata xarici sərmayələri cəlb etməkdir.

Su ehtiyatlarından istifadənin yaxşılaşdırılması, içməli su təchizatının artırılması və bu sahəyə yeni texnologiyaların cəlb olunması sosial-iqtisadi inkişafda önəm kəsb edir. Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı layihələri dünyanın bir sıra ölkələrində icra edilir. Qlobal istiləşmə, su ehtiyatlarının səmərəsiz istifadəsi və dünyada artan quraqlıq içməli suyun istehsalı üçün duzsuzlaşdırma zavodlarının fəal istifadəsinə təkan verib.

“Əks Osmos” texnologiyası

Dünya ölkələrində dəniz suyunun duzsuzlaşdırılması layihələrində “Əks Osmos” (Reverse Osmosis) texnologiyası tətbiq edilir. Bir sıra ölkələrdə bu layihələr dövlət-özəl tərəfdaşlığı modeli ilə həyata keçirilir. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İsrail kimi Yaxın Şərq ölkələrində bu layihələr geniş yayılmışdır. Həmçinin ABŞ, Avstraliya və bir sıra başqa ölkələrdə də duzsuzlaşdırma zavodları fəaliyyət göstərir. Bu baxımdan Azərbaycanda da su ehtiyatlarından istifadənin yaxşılaşdırılması, su təhlükəsizliyinin təmini, əhalinin içməli su təchizatının artırılması və bu sahəyə yeni texnologiyaların cəlbi aktuallaşıb. Çünki Azərbaycan su ehtiyatlarının həcminə görə, region ölkələri arasında ən az resurslara malik olduğundan qarşıdakı illərdə dayanıqlı su fondunun yaradılması ciddi məsələ kimi qarşıda durur. 2024-cü il statistikasına görə, Azərbaycanda yerüstü su ehtiyatları 17 milyard kubmetr təşkil edib. Bu, respublikamızın ən çox sululuq dövrü hesab olunan 1960-1990-cı illərdəki göstəriciyə nisbətən, 45 faiz azdır. Belə ki, həmin dövrdə ehtiyatlar 30 milyard kubmetr olub. Bu vəziyyət su ehtiyatlarının hesablanması və yeni mənbələrin dövriyyəyə cəlb edilməsini labüd edir. Alternativ su mənbələrindən biri isə dəniz suyunun duzlaşlaşdırılmasıdır. Məhz bu çağırışlar nəzərə alınmaqla, dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi nəzərdə tutulur.

“Yaşıl enerji”nin sadiq tərəfdaşı

Sə?diyyə Ərəbistanının iri investoru olan “ACWA Power” dünyada ətraf mühitin sağlamlaşdırılması və “yaşıl mənbə”lərin istismarında ən nüfuzlu korporosiyalardan biridir. Şirkət enerji və su sahəsində qlobal lider olmaqla yanaşı, dünyanın eyni zamanda bərpaolunan enerji, yaşıl hidrogen və duzsuzlaşdırılmış su üzrə ixtisaslaşan və bu üç gələcək üçün kritik sahədə liderdir. Dünyanın ən böyük özəl su duzsuzlaşdırma şirkəti olaraq, hər gün 9,5 milyon kubmetrdən artıq təmiz su ilə təminatı həyata keçirir.

Şirkət həm də dünyanın yaşıl gündəliyini müəyyən edən, zənginləşdirən qlobal təchizatçıdır.  2 ildən artıqdır ki, Azərbaycanda “yaşıl enerji” sektorunda da fəal sərmayədar kimi çıxış edən şirkətin təkcə 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının (KES) tikintisinə yatırdığı investisiyanın məbləği 486,39 milyon manata bərabərdir. 2025-ci ilin yekununda tamamlanması gözlənilən “Xızı-Abşeron” KES-in istifadəyə verilməsi sayəsində ildə təxminən 907 milyon kilovat/saat təmiz elektrik enerjisi istehsal ediləcək ki, bu da 300 mindən çox abonentin enerji tələbatını qarşılayacaq.

“ACWA Power”nin Azərbaycanda icra etdiyi digər külək layihələri də enerji tutumuna görə, əhəmiyyətlidir. Həmin layihələrin əksəriyyəti tam kommersiyalaşdırılıb ki, bu da onun əsaslı istismarına başlamaq üçün hüquqi-iqtisadi zəmanət deməkdir. Bu layihələrin sərmayə portfeli birlikdə 2 milyard dollara yaxındır və ümumilikdə 3,7 GVt güc və 3000 ton ekoloji baxımdan təmiz hidrogen istehsalını nəzərdə tutur. Şirkət indiyə qədər ümumi məbləği 1,166 milyard manata çatan sərmayəni reallaşdırıb.

E.CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:303
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Noyabr 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see787

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see532

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see321

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see299

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see293

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see283

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see274

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see265

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see257

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see255

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see250

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see242

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see235

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see232

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see232

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see205

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see197

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see191

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri