Icma.az
close
up
RU
“ACWA Power”nin ölkəmizə “yaşıl” yatırımları artır

“ACWA Power”nin ölkəmizə “yaşıl” yatırımları artır

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Azərbaycanın “yaşıl” enerji sahəsində əsas tərəfdaşlarından biri olan  Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti dəniz suyunun duzsuzlaşdırılması layihəsi üzrə də ölkəmizlə fəal əməkdaşlıq edəcək. Bu məqsədlə Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu  çərçivəsində Azərbaycan hökuməti ilə və Səudiyyə Ərəbistanı şirkəti arasında “Xəzər dənizində Suyun Duzsuzlaşdırılması Zavodunun layihələndirilməsi, tikintisi, istismarı və texniki xidməti üzrə saziş” imzalanıb.

Sənədi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və “ACWA Power”nin baş icraçı direktoru Marko Arselli imzalayıb. Saziş dizayn, tikinti, maliyyələşdirmə, istismar və texniki xidmət mərhələlərini əhatə edir. Layihə regionda su ehtiyatlarının səmərəli idarə olunmasına və içməli su təminatının artırılmasına yönəlib.

Bundan əlavə, forumda “Emal olunmuş suyun alınmasına dair saziş”ə də imzalanıb. Bu sənədə isə Zaur Mikayılov, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədri Tahir Xəlilov və Marko Arselli imza atıblar. Forum çərçivəsində, həmçinin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Meliorasiya Elmi-Tədqiqat İnstitutu və Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti arasında su və torpaq sahəsində bilik və təcrübə mübadiləsi üzrə Anlaşma Memorandumu imzalanıb. Sənədi institutun İdarə Heyətinin sədri Mir Mövsüm Dadaşov və “ACWA Power”nin Azərbaycan və Türkiyə üzrə Baş Meneceri Selim Güven imzalayıb. Saziş institutun fəaliyyət sahəsində elmi-texniki əməkdaşlığın gücləndirilməsinə yönəlib.

Yeri gəlmişkən, su ehtiyatlarından səmərəli istifadənin təkmilləşdirilməsi, içməli su təchizatının yaxşılaşdırılması və bu sahəyə yeni texnologiyaların cəlb olunması sosial-iqtisadi inkişafda mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin su təhlükəsizliyi, əhalinin içməli su ilə təminatının artırılması və bu sahəyə yeni texnologiyaların cəlb edilməsi məqsədilə 2023-cü il aprelin 12-də “Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” sərəncam imzalayıb.

Sənəddə Bakı şəhərinin və ətraf ərazilərin su təchizatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi nəzərdə tutulur. Həmin il aprelin 19-da isə Nazirlər Kabineti Prezident sərəncamının icrasının təmin edilməsi barədə müvafiq sənəd imzalayıb.

Ötən dövrdə qeyd edilən layihəyə dair tədbirlərin koordinasiyalı icrasının təmin edilməsi üçün aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə işçi qrup yaradılıb, layihənin icrası ilə bağlı məsələlər müzakirə olunub. Eyni zamanda, layihə üzrə müvafiq sənədlərin hazırlanması istiqamətində lazımi işlər aparılıb, investorların cəlb olunması üçün müsabiqənin keçirilməsi qərara alınıb. Bu məqsədlə İqtisadiyyat Nazirliyi tərəfindən dövlət-özəl tərəfdaşlığı çərçivəsində dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı zavodu layihəsinin reallaşdırılması üçün 2024-cü il fevralın 8-də müsabiqə elan olunub. 

Müsabiqəyə təqdim olunmuş təkliflərin texniki və maliyyə qiymətləndirilməsinin nəticələrinə görə, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin rəhbərlik etdiyi konsorsiumun təklifi müsabiqədə 1-ci yeri tutub. Yeri gəlmişkən, “ACWA Power” şirkətinin rəhbərlik etdiyi konsorsiumun digər üzvü Türkiyənin “IC İÇTAŞ İNŞAAT SANAYİ VE TİCARET A.Ş.” şirkətidir. Müsabiqədə 2-ci və 3-cü sıralarda isə müvafiq olaraq İsrailin “IDE Water Assets Ltd” və Birləşmiş Ərəb Əmirliklərinin “Metito Utilities Limited” şirkətləri yer alıb.

Qeyd edək ki, dəniz suyunun duzsuzlaşdırılması layihəsi İqtisadiyyat Nazirliyi tərəfindən dövlət-özəl tərəfdaşlığı çərçivəsində ölkədə icrası nəzərdə tutulan ilk pilot layihədir. Layihə çərçivəsində Sumqayıt Sənaye Parkında tikiləcək zavodda dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı həyata keçiriləcək. Gündəlk 300 min kubmetr məhsuldarlığa malik layihənin dəyəri 407 milyon ABŞ dolları təşkil edir. Müqaviləyə əsasən zavodun layihələndirilməsi, tikintisi və 25 il müddətində istismarı “ACWA Power” tərəfindən həyata keçiriləcək.

Layihə Abşeron yarımadasının içməli suya artan tələbatını təmin etmək, şirin su mənbələrini şaxələndirmək məqsədilə həyata keçirilir. Hədəf dövlətin içməli su təchizatında yükünü azaltmaq, bu sahədə beynəlxalq təcrübəni və texnologiya transferini stimullaşdırmaq, iqtisadiyyata xarici sərmayələri cəlb etmək məqsədlərimiz sırasındadır.

 Eyni zamanda, iqtisadiyyat naziri Mikayıl Cabbarov, nazirlik yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov və M.Arselli “Torpaq icarəsi haqqında saziş”ə, maliyyə naziri Sahil Babayev və M.Arcelli “Dövlət zəmanəti haqqında saziş”ə imza atıblar. 

Yeri gəlmişkən, “ACWA Power” şirkətinin Baş direktoru Marko Arçelli Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində deyib ki, müqavilənin imzalanması təkcə dəniz suyunun duzsuzlaşdırılması zavodunu əhatə etmir. Burada söhbət, həm də texnologiyanın, ideyaların gətirilməsindən və gələcəkdə fasiləsiz əməliyyat və texnoloji təkmilləşdirmələrdən gedir “Artıq biz bərpa olunan enerjiyə də sərmayə qoyuruq. İlin sonuna qədər istifadəyə veriləcək 240 meqavatlıq “Xızı–Abşeron” Külək Elektrik Stansiyasını tikirik. Ümumilikdə, ölkəyə 750 milyon dollarlıq investisiya yatırılması reallaşacaq ki, bu da iqtisadiyyatı daha rəqabətqabiliyyətli, daha dayanıqlı etməyə və onu neft-qaz asılılığından şaxələndirməyə, turizmdən sənayeyə və digər xidmət sahələrinə qədər dünyanın müxtəlif yerlərindən yeni sahələri cəlb etməyə kömək edəcək”.

Yeri gəlmişkən, 2004-cü ildə Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təsis edilmiş “ACWA Power” şirkəti suyun duzsuzlaşdırılması və “yaşıl” hidrogen sahələrində qabaqcıl özəl şirkətlərdən biridir. Şirkət Yaxın Şərq, Afrika, Mərkəzi Asiya və Cənub-Şərqi Asiya da daxil olmaqla 13 ölkədə fəaliyyət göstərir. 4 mindən çox işçi olan şirkətin portfeli istismarda olan, inkişaf etdirilən və tikilməkdə olan 94 layihədən ibarətdir. Həmin layihələrin sərmayə dəyəri 97 milyard ABŞ dolları təşkil edir. “ACWA Power” şirkəti 69 qiqavat enerji istehsalı və gündəlik 8 milyon kubmetr duzsuzlaşdırılmış su istehsal edir.

Xatırladaq ki, 2024-cü ilin sonlarında enerji keçidi sahəsində lider və dəniz suyunun duzsuzlaşdırılması üzrə dünyanın ən böyük özəl şirkəti olan “ACWA Power” Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə təşkil etdiyi “Dayaq” mükafatı tədbirində ilin “Fəal xarici şirkəti” adına layiq görülüb.

Mirbağır YAQUBZADƏ

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:555
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Sentyabr 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri