Icma.az
close
up
RU
Ad hüququ nədir? İlk dəfə Ali Məhkəmə açıqladı

Ad hüququ nədir? İlk dəfə Ali Məhkəmə açıqladı

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 12 mart, AZƏRTAC

Ali Məhkəmə 2025-ci il dekabrın 25-də qəbul edilmiş “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Plenum qərarında ilk dəfə olaraq ad hüququna dair mühüm izahlar verib.

Bu barədə AZƏRTC-a Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, fiziki şəxsin addan, ata adından, soyaddan, təxəllüsdən (uydurma addan) ibarət adı olmaq hüququ olduğu kimi, hüquqi şəxsin də firma, kommersiya və ya müəssisə adından ibarət ad hüququ mövcuddur.

Bir şəxsin adından başqa biri tərəfindən icazəsiz istifadə olunması, səhv və ya təhrif edilmiş şəkildə təqdim olunması, şəxsin adından istifadə etməklə aldadıcı hərəkətlər edilməsi, fiziki şəxsin adının anonimləşdirilməli (məxfiləşdirilməli) olduğu halda açıq şəkildə yayılması və sair bu kimi hüquqazidd davranışlar şəxsiyyət hüquqlarına qanunsuz müdaxilə hesab edilməklə mülki məsuliyyət yaradır.

Şəxsin adından istifadə etməklə aldadıcı hərəkətlər edilməsi dedikdə həm fiziki, həm də hüquqi şəxslərə münasibətdə edilən davranışlar, məsələn, saxta sosial şəbəkə hesabları yaradılması, müştəri cəlb etmək məqsədilə şəxsin adından istifadə olunaraq vizit kartı tərtib edib paylanılması, hüquqi şəxsin adında hərf dəyişikliyi edərək haqsız rəqabətə girilməsi, tanınmış tikiş fabrikinin adının əks olunduğu etiketlərin öz geyim məhsullarına yerləşdirilməsi və bu kimi digər hüquqazidd hərəkətlər başa düşülür.

Ad hüququnun pozulmasına məruz qalan şəxslər mülki qaydada tələb irəli sürərək pozuntunun tanınması, aradan qaldırılması – adın silinməsi, anonimləşdirilməsi, gizlədilməsi, ona düzəliş edilməsi və ya cavabın verilməsi, media subyektinin üzr istəməsi, hüquq pozuntusu barədə məhkəmə qərarının mediada dərc edilməsi və sair bu kimi şəxsiyyət hüquqlarının müdafiə üsullarından istifadə edə bilərlər.

Qeyd olunan hərəkətlərə məruz qalan fiziki şəxslər bu üsullarla yanaşı onlara dəymiş maddi və mənəvi zərərin ödənilməsini də tələb edə bilərlər.

Hüquqi şəxslər isə mənəvi zərər tələb edə bilməz, yalnız pozuntu nəticəsində onlara dəymiş maddi zərərin ödənilməsini tələb edə bilərlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Mart 2026 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see469

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see368

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see317

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see298

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see284

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see261

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see246

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see245

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see240

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see235

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see231

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see223

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see221

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see218

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see210

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see210

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see193

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see191

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri