Icma.az
close
up
RU
Ad və soyadda dəyişiklik etmək üçün nə edilməlidir? AÇIQLAMA

Ad və soyadda dəyişiklik etmək üçün nə edilməlidir? AÇIQLAMA

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikası vətəndaşının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Lаkin yеrli icrа hаkimiyyətlərinin qəyyumluq və himаyə оrqаnlаrı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər.

Bəs, bu proses necə həyata keçirilir?

Ölkə.az xəbər verir ki, mövzu ilə bağlı Ədliyyə Nazirliyindən Trend-ə bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"nın 6.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.

"Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə vətəndaşın seçdiyi yer üzrə qeydiyyat şöbəsinə, xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən isə konsulluq idarəsinə verilir. Adın, ata adının və soyadın dəyişdirilməsi məsələsinin düzgün həll olunması üçün qeydiyyat şöbəsi və ya konsulluq idarəsi ərizə daxil olduğu vaxtdan 7 gün müddətində ərizə verən şəxsin barəsində tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydlərinin (doğumu, varsa nikahı, nikahının pozulması, övladlarının doğumu və s.) əldə edilməsi üçün sorğu verir. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə həmin akt qeydləri olduqda baxılır. Akt qeydləri itmişdirsə və ya onlarda hər hansı uyğunsuzluq vardırsa, ərizə və ona əlavə edilmiş sənədlər ərizə verən şəxsə qaytarılır, itmiş akt qeydinin bərpa olunması və ya akt qeydində dəyişiklik aparılması qaydası ona izah edilir", - qurumdan əlavə olunub.

Qeyd edilir ki, ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir:

"Rayon (şəhər) polis idarəsi (şöbəsi) sənədlər daxil olduğu vaxtdan 15 gün müddətində bütün sənədləri yoxlamanın nəticələri haqqında əsaslandırılmış rəylə birlikdə qeydiyyat şöbəsinə qaytarır.

Qeydiyyat şöbəsi və ya konsulluq əldə olunmuş sənədlərə əsasən ərizənin məzmununu və yoxlamanın nəticələrini nəzərə alaraq şəxsin soyadının, adının, ata adının dəyişdirilməsinin mümkünlüyünü əks etdirən rəy tərtib edir. Bu halda soyadın, adın və (və ya) ata adının dəyişdirilməsi qeydə alınaraq müvafiq şəhadətnamə verilir. Əks halda isə adın, soyadın və ata adının dəyişdirilməsindən imtina olunması barədə qərar çıxarır, 5 iş günü müddətində bu barədə ərizəçiyə məlumat verir. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Bildirilib ki, "Dövlət rüsumu haqqında" Azərbycan Respublikasının Qanununun 12.3-cü maddəsi ilə soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınması üçün 15 manat məbləğində dövlət rüsumu müəyyən edilib. Dövlət rüsumunun ödənilməsi tələb olunan hallarda dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədən əməliyyat icra olunmur. Adın, soyadın və ata adının dəyişdirilməsi ilə bağlı qanunvericilikdə konkret müddət göstərilməyib. Ərizəçinin vətəndaşlıq vəziyyəti haqqında bütün akt qeydləri Azərbaycan Respublikasında tərtib olunubsa, bu müddət təxminən 2-3 ay təşkil edir".

Vəkil Rəşad Əliyev isə qeyd edib ki, Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir:

"18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. Hər iki valideynin soyadının sonluğu dəyişdirildikdə, 18 yaşına çatmayanların soyadlarının sonluğu da dəyişdirilir. 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilir. Soyadın sonluğuna dəyişiklik edilməsi ilə əlaqədar müvafiq akt qeydlərində bu barədə qeyd edilir və yeni şəhadətnamələr verilir. Soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın seçdiyi yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə verilir. Müvafiq akt qeydləri (ərizə verən şəxsin doğumu, nikahı, övladlarının doğumu və sair) ərizəni qəbul etmiş qeydiyyat şöbəsində və ya konsulluq idarəsində olduqda, soyadın sonluğuna dəyişiklik orada edilir və əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, ərizə verən şəxsə yeni şəhadətnamələr verilir. Ərizə verən şəxsin doğumu haqqında və barəsində tərtib edilmiş digər vətəndaşlıq vəziyyəti akt qeydləri başqa qeydiyyat orqanında olduqda, ərizə 3 gün müddətində həmin orqana göndərilir.

Akt qeydlərinin olduğu yerin qeydiyyat şöbəsi və ya konsulluq idarəsi 15 gün müddətində daxil olmuş ərizə əsasında həmin akt qeydlərinə zəruri dəyişiklik edir, dəyişikliyin əsasını və tarixini göstərməklə müvafiq qeydlər aparır. Bu qeydlər onu aparan şəxsin imzası və möhürlə təsdiq edilir. Ərizə verən şəxsə təqdim edilməsi üçün yeni şəhadətnamə ərizəni qəbul etmiş qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə 3 iş günü müddətində göndərilir".

O qeyd edib ki, ərizəni qəbul etmiş qeydiyyat şöbəsi və ya konsulluq idarəsi şəhadətnamənin daxil olması barədə ərizə verən şəxsə 3 iş günü müddətində məlumat verir və ərizə verən şəxs qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə müraciət etdikdə, şəhadətnaməni imza etdirməklə ona təqdim edir:

"Qeydiyyat şöbəsi və ya konsulluq idarəsi soyadın sonluğuna dəyişiklik edilməsi haqqında daxili işlər orqanlarının müvafiq qurumlarına, hərbi vəzifəlilərin və çağırışçıların soyadının sonluğuna dəyişiklik edilməsi barədə isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölməsinə 7 gün müddətində məlumat verir.

Ərizəni qəbul etmiş qeydiyyat şöbəsi və ya konsulluq idarəsi, akt qeydi başqa qeydiyyat şöbəsində və ya konsulluq idarədə olduqda isə həmin orqan 3 gün müddətində akt qeydlərinə dəyişiklik edilməsi barədə onların ikinci nüsxələrinin saxlandığı Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə bildiriş göndərir.

Qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir".

R.Əliyev vurğulayıb ki, 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşı adını, ata adını və soyadını dəyişdirilməsi ilə bağlı müraciət etmək hüququna malikdir:

"Adın, ata adının və soyadın dəyişdirilməsi üçün ərizə vətəndaşın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə, yəni ZAQS kimi tanınan orqana, xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən isə konsulluğa verilir. Ərizədə şəxsin soyadı, adı, atasının adı, adını, ata adını və ya soyadını dəyişdirmək istəyi, daşımaq istədiyi ad, ata adı və soyad, doğulduğu tarix və yer, milliyyəti və vətəndaşlığı, yaşayış və iş yeri, vəzifəsi, hərbi qeydiyyat yeri qeyd edilir. Həmçinin əvvəllər ad, ata adı və soyad dəyişdirilibsə, nə vaxt və harada dəyişdirilməsi barədə məlumat, o cümlədən ərizə verənədək bağladığı nikahlar və onların pozulması haqqında məlumatlar, övladları barədə məlumatlar, xarici ölkələrdən deportasiya olunmuşdursa, bu barədə məlumatlar və şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və verilmə tarixi qeyd edilməlidir. Ərizəyə müvafiq sənədlər də əlavə edilməlidir. Bu siyahıya şəxsin doğumu haqqında şəhadətnaməsi, nikahdadırsa, nikah haqqında şəhadətnamə, nikahı pozulmuşdursa, nikahın pozulması haqqında şəhadətnamə, yetkinlik yaşına çatmayan uşaqları vardırsa, onların doğumu haqqında şəhadətnamələri, Şəxsiyyəti təsdiq edən sənədin bə hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti, həmçinin 3x4sm ölçüdə 2 ədəd fotoşəkili və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur.

Müvafiq qurum araşdırmalardan sonra 15 gün müddətində ərizə verən şəxsin soyadının, adının, ata adının dəyişdirilməsinin mümkünlüyünü əks etdirən rəy tərtib edir. Ad, ata adı, soyad dəyişdirildiyi halda qeydiyyat şöbəsi və ya konsulluq 3 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və o, qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün adın, ata adının, soyadın dəyişdirilməsini qeydə alır və müvafiq şəhadətnamə verir.

Adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə qeydiyyat şöbəsi və ya konsulluq bundan imtina edilməsi barədə qərar çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır".

Vəkil sonda deyib ki, ad, soyad və ata adının dəyişdirilməsindən imtina edildikdə, vətəndaş bununla bağlı məhkəməyə müraciət etmək hüququna malikdir.

"Hansı hallarda istənilən şəxsin ad, ata adı və soyadının dəyişdirilməsinə yol verilmir?

Ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə,ərizə vermiş şəxsin götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, müraciət etmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə şəxsin ad, ata adı və soyadının dəyişdirilməsinə yol verilmir.

Qeyd edək ki, bu məsələlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi" Qaydaları ilə tənzimlənir", - o, fikrini tamamlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://olke.az
archiveBu xəbər 14 İyun 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

28 Oktyabr 2025 02:51see223

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

27 Oktyabr 2025 23:25see208

Sözün işığında yaşayan insan

28 Oktyabr 2025 08:28see192

Türkiyə futbolunu silkələyən mərc oyunları... Klub bəyanat yaydı

27 Oktyabr 2025 20:45see161

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

28 Oktyabr 2025 09:20see155

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

27 Oktyabr 2025 23:41see152

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

28 Oktyabr 2025 06:16see148

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

28 Oktyabr 2025 15:58see143

Türkiyədə güclü zəlzələ İstanbulda da hiss edildi

28 Oktyabr 2025 00:14see140

Bazu sümüyünü əzələ qatı ilə birlikdə çıxarıb, ömürlük şikəst qoyublar MƏHKƏMƏ

27 Oktyabr 2025 21:49see138

“Fələstin xalqının sağlamlığı TƏHLÜKƏDƏ KONKRET

28 Oktyabr 2025 00:44see135

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

28 Oktyabr 2025 19:38see134

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

28 Oktyabr 2025 21:15see133

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

28 Oktyabr 2025 14:31see131

Həkim kişilərdə daimi yorğunluğun gizli səbəbini müəyyən edib...

27 Oktyabr 2025 22:36see130

Nazir məktəbin acınacaqlı vəziyyətinə biganə yanaşır

27 Oktyabr 2025 20:22see129

Günəşlidə bir neçə evin altında torpaq çöküb: Metan qazının qoxusundan oturmaq olmur

28 Oktyabr 2025 02:38see128

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

28 Oktyabr 2025 20:46see126

Amazon kütləvi ixtisarlara hazırlaşır

28 Oktyabr 2025 07:04see125

Azərbaycanda yeni LAYİHƏ 1 milyon manatdan çox...

28 Oktyabr 2025 19:10see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri