Icma.az
close
up
RU
ADA Universitetində “Baku Archifest 2025” festivalının açılışı olub

ADA Universitetində “Baku Archifest 2025” festivalının açılışı olub

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 5 noyabr, AZƏRTAC

Noyabrın 5-də ADA Universitetində memarlıq, şəhərsalma və innovativ dizayn sahəsində regionun ən nüfuzlu platformalarından birinə çevrilən “Baku Archifest 2025” festivalının açılışı keçirilib.

AZƏRTAC xəbər verir ki, artıq ikinci dəfə təşkil olunan festival memarlıq şirkətləri “Design Bureau” və “Aslı Partners” tərəfindən ADA Universitetinin Dizayn və memarlıq fakültəsinin akademik tərəfdaşlığı ilə həyata keçirilir.

Bu festival, 13-cü Ümumdünya Şəhər Forumu (WUF13) çərçivəsində keçirilən 2026-cı il Azərbaycan şəhərsalma kampaniyasının ilk tədbiridir.

Festivalın builki mövzusu “Şəhərliliyin axtarışında” - şəhər məkanının idarə olunmasında yeni yanaşmalar, dayanıqlı dizayn modelləri və gələcək şəhər mühitinin formalaşdırılmasında çoxşaxəli əməkdaşlığın rolunu gündəmə gətirir.

ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev bildirib ki, Milan Politexnik Universiteti ilə birgə təsis olunan Dizayn və memarlıq fakültəsinin ilk böyük beynəlxalq tədbirinin məhz “Archifest” olması rəmzi məna daşıyır. O vurğulayıb ki, bu platforma tələbələr üçün qlobal peşəkar mühitə birbaşa çıxış imkanı yaradır, əməkdaşlıq və təcrübə mübadiləsini gücləndirir.

Daha sonra Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini, Əməkdar memar İlqar İsbatov, BMT-nin Məskunlaşma Proqramının ölkə üzrə rəhbəri Anna Soave, “PAŞA Real Estate Qrup”un baş icraçı direktoru Özgür Geter, “Design Bureau” şirkətinin direktoru Füzuli Əliyev və “Aslı Mimarlık” şirkətinin direktoru Hüseyn Tonquç Özcan çıxış ediblər.

Sonda ADA Universiteti ilə “PAŞA Real Estate Qrup” arasında anlaşma memorandumu imzalanıb. Sənəd çərçivəsində əsası qoyulan Dizayn, Yaradıcılıq və Sahibkarlıq Mərkəzinin növbəti beş ildə əsas tərəfdaşı “PAŞA Real Estate Qrup” olacaq. Bu mərkəzdə Universitetlə dövlət və özəl sektor bir araya gələrəktələbələrə öz ideyalarını biznesə çevirmək üçün dəstək verəcəklər.

Festival müddətində Azərbaycan, İtaliya, Türkiyə, Gürcüstan, İran və digər ölkələrdən tanınmış memarlar, şəhərsalma mütəxəssisləri, professorlar və dizaynerlər“İdeal şəhərin dizaynı”, “Bakının keçmişi, bu günü və gələcəyi” və digər mövzularda panel müzakirələrində çıxış edəcəklər. Builki “Baku Archifest”in əsas çıxışçısı İtaliyanın “One Works” şirkətinin qurucusu və idarəedici partnyoru, memar Leonardo Kavallidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Noyabr 2025 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see887

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see334

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see306

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see304

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see212

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see195

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see193

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see192

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see189

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see181

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see167

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see166

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see166

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see166

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see163

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see163

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see160

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see159

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see138

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri