Icma.az
close
up
RU
“Epşteyn faylları” müsəlmanları hiddətləndirdi İnsan alverçisi Kəbə fraqmentlərini necə ələ keçirdi? FOTO

“Epşteyn faylları” müsəlmanları hiddətləndirdi İnsan alverçisi Kəbə fraqmentlərini necə ələ keçirdi? FOTO

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


“Epşteyn faylları” dünyanı sarsıtmaqda davam edir. Dərc olunan növbəti məktublarda islam dünyasını şoka salan faktın üstü açılıb.

ABŞ Ədliyyə Nazirliyinin 2017-ci ilə aid məxfilikdən çıxarılmış elektron məktublarda Ceffri Epşteynin (Jeffrey Epstein) Kəbənin müqəddəs örtüyü olan “Kisvə”dən üç fraqmenti əldə edərək ABŞ-ın Vircin adalarındakı şəxsi iqamətgahına göndərtdirdiyi məlum olub.
Sənədlərə görə, daşınma Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanındakı əlaqələr vasitəsilə təşkil edilib. Gömrük prosedurlarından keçmək üçün yüklər “incəsənət əsəri” kimi rəsmiləşdirilib. Halbuki “Kisvə” parçaları dini baxımdan son dərəcə yüksək mənəvi dəyərə malikdir və adətən yalnız diplomatik hədiyyə və ya xeyriyyə məqsədləri üçün məhdud şəkildə paylanır.

Məxfilikdən çıxarılan yazışmalar 2017-ci ilin fevral–mart aylarını əhatə edir. Elektron məktublarda BƏƏ-li iş qadını Əzizə əl-Əhmədi Səudiyyə Ərəbistanında yaşayan Abdullah əl-Maari ilə birlikdə “Kisvə”nin daxili və xarici hissələrinə aid üç fraqmentin əldə olunmasını və göndərilməsini təşkil edib.
22 mart 2017-ci il tarixli məktubunda əl-Əhmədi bu parçaların təvaf mərasimləri zamanı “ən azı 10 milyon müsəlman tərəfindən toxunulduğunu” qeyd edərək, onların “dualardan, göz yaşlarından və ümidlərdən” ibarət mənəvi yük daşıdığını vurğulayıb.
Daşınma Epşteynlə əlaqəli LSJE LLC adlı qurumun xətti ilə Səudiyyə Ərəbistanından Mayami üzərindən ABŞ-ın Virciniya arxipelaqındakı Sent-Tomas adasına yönləndirilib. Hissələrin ABŞ-də qəbulunda logistika idarəsində Epşteynin yaxın əməkdaşı Dafni Volles, gömrük rəsmiləşdirilməsi və nəqliyyatda isə Çalmer Stauffer iştirak edib. Sənədlərdə hesab-fakturalar, ödəniş detalları və çatdırılmanın təsdiqi də yer alır.
“Kisvə” hər il Həcc ziyarəti zamanı yenilənən, İslamın ən müqəddəs məkanı olan Kəbəni örtən qara, qızılı naxışlı parçadır. Onun icazəsiz əldə edilməsi və daşınması müsəlman icmaları arasında ciddi narazılıq doğura biləcək məsələ kimi qiymətləndirilir. Sosial şəbəkələrdə yayılan reaksiyalarda motivlərlə bağlı suallar və kəskin tənqidlər səsləndirilir.
Cavid, BakuPost
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 04 Fevral 2026 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see893

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see339

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see324

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see313

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see218

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see209

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see198

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see198

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see191

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see190

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see173

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see172

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see171

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see171

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see170

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see170

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see165

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see162

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see162

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri