Icma.az
close
up
RU
Adana Dəmirspor a daha bir zərbə Balotellidən gəldi

Adana Dəmirspor a daha bir zərbə Balotellidən gəldi

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Şübhəsiz ki, geridə qoyduğumuz mövsümdə Türkiyə çempionatının ən zəif klubu ''Adana Dəmirspor'' oldu.
Mövsümün əvvəlindən ciddi maddi problemlər yaşamağa başlayan, məşqçiləri əlcək kimi dəyişən Adana təmsilçisinin elitanı tərk edəcəyi hələ ilk dövrənin gedişində heç kimdə şübhə doğurmurdu. Çoxsaylı borcları üzündən kluba aktivindən ümumilikdə 12 xal silinmişdi.
Adətən Türkiyədə bu cür vəziyyətə düşən klubun növbəti illərdə də sürətli enişi davam edir. Ona görə də çox güman ''Adana Dəmirspor'' gələn mövsüm 1-ci liqada da autsayderlərdən biri olacaq. Bu arada necə deyərlər ''acınnan günorta duran'' ''Adana Dəmirspor''a sabiq futbolçusu Mario Balotelli tərəfindən də böyük bir şok xəbər gəlib.
Məlum olduğu kimi tanınmış italiyalı futbolçu bu klubda iki fərqli dönəmdə forma geymişdi. 2021/22-də sərgilədiyi gözəl oyunla fanatların sevimlisinə çevrilən 34 yaşlı ''Super Mario'' daha sonra uğursuz İsveçrə macərasının ardından 2023-ün yayında yenidən Adanaya dönmüşdü. Amma onun ikinci dönəm uğursuz alınmış və cəmi 6 aydan sonra bitmişdi. Sən demə Balotelli hər iki dönəmdə maaşını ala bilmədiyinə görə klubdan FİFA-ya şikayət edibmiş.
İtaliyalı jurnalist Alfredo Pedullanın xəbərinə görə Balotelli şikayətində haqlı çıxıb. FİFA-nın qərarı ilə indi ''Adana Dəmirspor'' məşhur futbolçuya 3,15 milyon avro təzminat ödəməlidi! Onsuz da borcların içində üzən adanalıların bu pulu Balotelliyə necə ödəyəcəyi böyük maraq doğurur.
Geridə qoyduğumuz mövsümdə ''Cenoa''da cəmi 56 dəqiqə oynamaq şansı qazanan İtaliya yığmasının sabiq üzvü ''Adana Dəmirspor''da ümumilikdə 51 rəsmi qarşılaşmada forma geyərək 26 qol, 8 məhsuldar ötürməlik performans sərgiləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 06 İyun 2025 23:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see727

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see331

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see296

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see293

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see271

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see268

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see248

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see232

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see231

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see228

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see212

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see206

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see200

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see194

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see193

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see185

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri